Azərbaycan və Pakistan arasındakı münasibətlərin inkişafı müzakirə olunub
Yusif Nəzərli
14:34 13.10.2021
Siyasət
459
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Səməd Seyidov Azərbaycanla Pakistanı ortaq dəyərlər, qardaşlıq əlaqələri birləşdirdiyini və aramızdakı münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib.
Komitə sədri Azərbaycanın Pakistanla münasibətləri daha da inkişaf etdirməyə xüsusi önəm verdiyini vurğulayıb. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlandığı dövrdə də, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı apardığı 44 günlük Vətən müharibəsində də Pakistanın haqq işimizi qətiyyətlə müdafiə etməsini, siyasi və mənəvi dəstək göstərməsini yüksək qiymətləndirib.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, hökumətlər və xalqlar arasında yaxın əlaqələrin mövcudluğu ali qanunvericilik orqanlarımızın münasibətlərində də öz əksini tapıb. Məhz bu münasibətlərin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan, Türkiyə, və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün keçirilməsinin, üçtərəfli parlament əməkdaşlıq formatının təsis edilməsinin və Bakı Bəyannaməsinin imzalanmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Milli Məclisin komitə sədri müharibədən sonra regionda yaranan yeni reallıqlar, Azərbaycanın bölgə dövlətlərinə fayda verəcək iqtisadi əməkdaşlıq təklifləri və davamlı sülhün bərqərar edilməsi istiqamətində təşəbbüsləri barədə danışıb.
Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, bölgədə yeni inkişaf imkanlarının yaranmasını alqışlayıb.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, müxtəlif platformalarda siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya