Qarabağda su təchizatı ilə bağlı layihələr hazırlanır - RƏSMİ
Yusif Nəzərli
12:10 16.10.2021
Qarabağ
611
“Torpaqların işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu. Həmin ərazilərin ümumi su ehtiyatları 2 milyard kub metrə yaxındır. Bu, gələcəkdə bölgənin içməli su ilə təminatına, əkin sahələrinin suvarılmasına kömək edəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, Sərsəng, Köndələn çay üzərindəki su anbarı və Tərtər çayının su ehtiyatlarından istifadə edilməsi bölgə üçün böyük imkanlar yaradır:
“İşğaldan azad edilmiş ərazilərdə əhalinin şirin su ehtiyatları ilə təmin olunması üçün həmin mənbələrdən istifadə edilməsi vacibdir. Bununla bağlı layihələr hazırlanmaqdadır”.
V.Kərimov qeyd edib ki, növbəti illərdə Bərgüşad çayı üzərində su anbarlarının tikilməsi nəzərdə tutulur.
“Eyni zamanda, Ağdam, Füzuli şəhərlərinin su təchizatı ilə təmin olunması ilə bağlı layihələr hazırlanacaq. Bunlar çox bahalı layihələrdir. Dövlət investisiyası cəlb olunduqca növbəti illərdə onların nəticələrini də görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region
Şapka udan məşhur begemot Fiona öldü
14:57 21.11.2026
Hadisə
Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var
14:41 21.11.2026
Dünya