Əhaliyə buster doza ilə bağlı ÇAĞIRIŞ
Yusif Nəzərli
14:24 17.11.2021
Sağlamlıq
813
“Elə xəstəliklər var ki, onlara qarşı vurulan peyvənd insan orqanizmində ömürlük immunitet yaradır. Lakin koronavirusa qarşı vurulan peyvənd eyni cür effekt vermir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin sosial şəbəkə hesabındakı canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, COVID-19 infeksiyasına yoluxub sağaldıqda qazanılan və vaksinasiya nəticəsində yaranan süni immunitet zamanla zəifləyir:
“İndividual olaraq vaksindən sonra orqanizmdə anticisimlərin miqdarı ölçülə bilir. Ümumilikdə anticisimlərin müəyyən zamandan sonra zəiflədiyi öyrənilib. Bunu nəzərə alınaraq, buster dozanın tətbiqi tövsiyə edilir. Azərbaycan peyvəndin buster dozasını tətbiq edən ilk ölkələr sırasındadır.
Aparılan araşdırmalar göstərib ki, xüsusilə 50 yaşdan yuxarı və xroniki xəstəliyi olan insanlarda peyvənd nəticəsində yaranan immunitetin kifayət qədər zəifləməsi müşahidə edilir. Bilirik ki, risk qrupuna daxil olan şəxslərdə, eləcə də həkimlərdə immunitet zəifləyərsə, yoluxma arta bilər. Onlar yoluxduğu zaman xəstəliyi ağır keçirə bilərlər. Bunların baş verməməsi üçün etibarlı müdafiə tələb edilir. Qüvvətləndirmə üçün buster doza ilə immun sistemini yenidən gücləndirmək olar. Biz də əhalini özlərini daha yaxşı qorunma üçün buster doza vurdurmağa səsləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya