“Omicron” dünyada sürətlə yayılır
Yusif Nəzərli
14:40 20.01.2022
Sağlamlıq
986
Professor yeni ştammın əlamətlərini açıqladı
“Omicron” ştammının əlamətləri açıqlanıb. BBC (Türkcə) xəbər verir ki, “Omicron” ştammı sürətlə yayılsa da, virusun zəif simptomları insanların onu qrip və soyuqdəymə ilə səhv salmalarına səbəb olur. Bu isə yeni ştamma yoluxma sayının artmasına gətirib çıxarır. Xüsusən də peyvənd vurdurmamış və risk qrupuna aid insan üçün təhlükə realdır. King-s College London Epidemiologiya bölümünün “ZOE” Covid Araşdırmaları İnstitutunun başqanı, professor Tim Spector BBC-yə, açıqlamasında “Omicron”un “Delta” variantını yüngül keçirmiş insanlarda müşahidə edilən əlamətlərlə eyni olduğunu söyləyib. Alim “Omicron”un indiyədək qeydə alınmış 5 əlamətinə diqqət çəkib. Bunlar, burun axması, baş ağrısı, yorğunluq, asqırmaq və boğaz ağrısıdır. Bu əlamətlər peyvənd olunmuş və ya hansısa şəkildə immunitet qazanmış şəxslərdə müşahidə edilir. “Omicron”un peyvənd vurdurmamış və ya immuniteti zəif şəxslərə hansı dərəcədə təsir edə biləcəyi barədə isə dəqiq qənaət yoxdur. T.Spector bildirib ki, “Omicron”u bildiyimiz soyuqdəymə əlamətləri ilə keçirənlərin virusa yaxalandıqlarını fərq etmələri çətin olur. Əslində isə soyuqdəymə əlamətləri daşıyan insanların "Covid-19"-a yoluxmuş olmaları ehtimalı daha yüksəkdir. Belə vəziyyətdə ən doğru seçim testdən keçməkdir. "Covid-19"-a yoluxmada öskürək, iy və dadbilmə qabiliyyətinin itməsi əlamətləri var. Lakin son zamanlarda yoluxmaya məruz qalmış şəxslərdə artıq bu əlamətlərə rast gəlinmir. Hansı əlamətlərə ciddi yanaşılmalıdır? Alim qeyd edir ki, davamlı öskürək, yüksək hərarət, iy və dadbilmənin itməsi virusa yoluxmanı göstərir. Bədənin temperaturu 37.8-dən yüksəkdirsə, artıq bu, hərarətin olması deməkdir. Məlumdur ki, bədənin hərarəti orqanizm hər hansı infeksiya ilə mübarizə apararkən üzə çıxır. Əgər əlinizin altında hərarət ölçən yoxdursa, sinədə və kürəkdə istilik hiss edib-etmədiyinizə diqqət edin. Soyuqdəymə zamanı, adətən hərarət yüksəlmir, qızdırma olmur. Qızdırma bəlli virusa yoluxma əlamətidir. Koronaviruslu xəstələrdə öskürək uzunmüddətli olur, 1 saatdan çox davam edir. Eyni anda hərarət, öskürək, dad və iybilmənin itməsi əlamətləri yoxdursa, asqırmaq "Covid-19" əlaməti sayılmaz. O cümlədən burun axması da "Covid-19" əlaməti deyil. Bəzi Covid xəstələrində burun tutulması müşahidə edilir. T.Spector “Omicron”un bağırsaq infeksiyalarına yol açdığını da deyib. “Omicron” yoluxmanın 5-ci günündə özünü göstərir. Nəfəs darlığı isə daha ciddi bir infeksiyaya yoluxmanın əlaməti ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni rektoru kollektivə nazir təqdim etdi
17:19 19.11.2026
Elm və Təhsil
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
17:15 19.11.2026
Gündəm
Tramp: Tarix yazırıq, Ukraynanı da müzakirə edəcəyik
16:46 19.11.2026
Dünya
Türkiyədə yeddi bələdiyyə sədri AKP-yə qoşuldu
16:22 19.11.2026
Dünya
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib
16:12 19.11.2026
Elm və Təhsil
Paşinyan dekabrın 3-də Moskvada Putinlə görüşəcək
16:07 19.11.2026
Region
DİM-in yeni sədri o olacaq?
15:40 19.11.2026
Elm və Təhsil
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
14:42 19.11.2026
Dünya
Xəzərsahili qanunsuz obyektlər söküləcək?
14:40 19.11.2026
Sosial
Tbilisidə partlayış: 7 nəfər dağıntılar altında qalıb
14:38 19.11.2026
Hadisə
Tofiq Zülfüqarov: “Dünya əvvəlki qaydalara qayıtmayacaq”
14:17 19.11.2026
Gündəm
BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı
14:09 19.11.2026
Elm və Təhsil
AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib
13:52 19.11.2026
Media
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
13:37 19.11.2026
Gündəm
Keçmiş vəkil Namizəd Səfərova cəza istənilib
13:34 19.11.2026
Cəmiyyət