Öz doğma dilində danışmağı ar bilənlərə: “Bu dili öyrənin və zənginləşdirin!”
Yusif Nəzərli
13:36 21.02.2022
Aktual
2418
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Dilimiz mənəviyyatımızdır. Məqsədi dövləti və milləti yaşatmaq, formalaşdırmaq, onların varlığını hiss etdirməkdir. Dil hər bir xalqın kimliyidir. Biz onu qorumalıyıq və buna məcburuq. Əbəs yerə deyilməyib ki, bir xalqı məhv etmək istəyirsənsə, onun dilini əlindən al. Tarix boyu farslar, ərəblər, ruslar və s. bu metoddan istifadə edib. Zaman dəyişib və biz kimlərinsə müstəmləkəsi olmaqdan çıxmışıq. Lakin hələ də dilimiz xarici amillərin təsirindən uzaqlaşmağı bacarmır. İnsanlar dilin normalarına və xüsusiyyətlərinə hakim ola bilmir. Bir çox şəxslər bunu kitab oxumamaq və maarifləndirmənin düzgün aparılmaması ilə əlaqələndirir. Təəssüf ki, məsul qurumlar və vətəndaşların əksəriyyəti dilimizə biganə yanaşır.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən teleaparıcı və natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu bildirib ki, ana dilimizi qorumaq milli təəssübkeşlik məsələsidir:
"Bu dildə doğru danışmaq, zəngin lüğət tərkibini öyrənmək üçün öncə mahiyyəti başa düşmək lazımdır. İnsan özünə sual verməlidir ki, öz ana dilində danışmaq istəyir, ya yox. Təbii ki, hamımızın cavabı "hə" olmalıdır. Amma yenə də nəticəyə baxırıq. Bu gün Azərbaycan dilində təmiz danışan, varvarizm və dialektlərdən istifadə etməyən, kəlimləri doğru tələffüz edən insanların sayı nə qədərdir? Fikrimi soruşsanız, çox olduğunu deyə bilməyəcəm. Öz doğma dilində rabitəli, səlis və qüsursuz danışan insanlar hər zaman ciddi qəbul edilirlər. Natiqlik, bədən dili, ünsiyyət formaları bu işin digər tərəfidi”.
O, insanları hər vəziyyətdə ədəbi dil normalarına riayət etməyə çağırıb:
“Qoy, əcnəbi dillərdən alınmış və bizim lüğətimizdə olmayan sözlər istifadə edilməsin, rus, ingilis, Türkiyə türkcəsinin aksenti ilə danışmayaq, ləhcəmizi və dialektlərimizi unutmayaq, amma ədəbi dil öyrənək. Azərbaycan ədəbi dili orfoqrafiya və orfoepiyadan ibarətdir. Bu dil yazıldığı kimi oxunmur. Düzdür, bəzi sözlərin deyilişi yazılışı ilə eyni olur. Məsələn, "güllər", "dağlar" yazılırsa, elə də tələffüz olunur, "uşaqlar" yazılırsa [uşağlar] deyilir. Bu orfoepiyadı. Orfoqrafiya düzgün yazıdır. Hər bir insan savadlı yazmalıdır. Durğu işarələrinə əməl etməli, cümlənin qrammatik quruluşunu nəzərə almalıdır. Dili sonradan öyrənmək və təkmilləşdirmək heç vaxt gec deyil. Bunun üçün "Youtube" kanalları və kitablar mövcuddur, mütəxəssislər fəaliyyət göstərir”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya