Xamenei BLEF EDİR! – “Qarabağın azadlığına sevinirdisə...”
Yusif Nəzərli
12:36 20.07.2022
Siyasət
989
İranın ali dini rəhbəri Əli Xameneinin Zəngəzur dəhlizi ilə bağlı paylaşımı Güney Azərbaycanda narazılığına səbəb olub. Xameneinin “Qarabağın qayıtmasına sevinirik” ifadəsinin yanlış olduğunu bildirilib. Onun Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilməsini etiraf etməyə dilinin gəlmədiyini deyiblər. Bununla yanaşı, bir çox sosial media istifadəçisi Xameneinin “ancaq əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olduğu halda İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur” ifadəsinin saxtakarlıq nümunəsi olduğunu qeyd ediblər. Onlar bir neçə on il bundan öncəyə qədər Ermənistan adlı dövlət olmadığını, həmin ərazilərin Azərbaycana məxsus olduğunu vurğulayıb, Xameneini saxtakarlıqda və savadsızlıqda suçlayıblar.
Açıqlamanın absurd olduğunu deyən siyasi şərhçi Rusif Məmmədsoy "Sherg.az"a bildirib ki, sözügedən sərhədlər bizim ata-baba torpağımız olub:
"Dünənki Tehran görüşü dünya gündəmini zəpt edib. Bu görüş zamanı təkcə Rusiya,Türkiyə və İran arasındakı üçlü münasibət tənzimlənmirdi. Eyni zamanda Cənubi Qafqazla bağlı çoxlu sayda suallar var idi. İstənilən halda İranın bugünkü mövqeyi bizim üçün sürpriz olmamalıdır. Bəllidir ki, müharibə dönəmindən əvvəl və müharibə getişatında İran bu məsələlərdən narahat olaraq qısqanclıqla qarşılayıb. Zəngəzur dəhlizinə gəlincə isə bu real bir meqa layihədir. Bu dəhliz təkcə Azərbaycanın yox, ümumilikdə bütün dünya ölkələrinin maraqlarına xidmət edir. İranın mövqeyindən aslı olmayaraq bu layihə mütləq şəkildə reallaşacaq. Bunu ənənəvi İran mövqeyi olan bir blefdir. İran bizə savaşmı elan edəcək? Qərb, Avropa, Çin və Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi bəllidir. İran bu qədər ölkə ilə mübarizə apara bilməz".
R.Məmmədsoy qeyd edib ki, Xameneinin "Qarabağın azad olunmasından xöşbəxtik" sözləri heç də səmimi deyil:
"Bununla bağlı xeyli faktlar var. İran bu hala sevinsəydi, o zaman müharibə ərəfəsində minlərlə tır silahı və SEPAH-ın nəzarəti ilə minlərlə erməni terrorçusunu Qarabağ keçirməzdi. Eyni zamanda SEPAH-n bir tweet'i var idi ki, biz regiondakı sərhədlərin dəyişdirilməsinə dözümlülük göstərməyəcəyik. Əgər sərhədlərin dəyişməsi İran üçün qırmızı çizgidirsə, o zaman gərək 30 illik işğal altında olan müsəlman qonşularının da, işğal altında olması ilə barışmayaydı. Xamenei sevinirdisə, bəs müharibə dövründə Araz boyu təlimləri nəyə hesablanmışdı. Bunula yanaşı, İranın Cəbrəyıl istiqamətində bizim qarşımızı kəsərək separatçılara vaxt qazandırması da müəmmadır."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət