Zəngilan hava limanının böyük iqtisadi səmərəsi olacaq
Zəngilan hava limanının böyük iqtisadi səmərəsi olacaq
Yusif Nəzərli
08:54 26.07.2022
İqtisadiyyat
643
Bu, eyni zamanda Şərqi Zəngəzura daha çox turistlərin gəlməsinə şərait yaradacaq
Zəngilanda yeni inşa edilən beynəlxalq hava limanına ZZE - yeni üçhərfli beynəlxalq kod təyin edilib. AZAL xəbər verir ki, müvafiq qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair konfransında qəbul edilib. Qurumdan bildirilib ki, Zəngilan rayonundakı beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir: “O, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq.
Zəngilan hava limanına üçhərfli IATA kodunun təyin edilməsi burada iri və müasir logistika mərkəzinin yaradılması istiqamətində daha bir addımdır”. Hava limanına təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə etməklə yaradılıb. Sərnişin və yük daşımalarının kommersiya təşkilinə xidmət edir. O, beynəlxalq təxsisetmə zamanı və aerovoğzal komplekslərinin yerüstü xidmətlərinin fəaliyyətində, yəni beynəlxalq aviabilet satışı sistemlərində, uçuş cədvəlində, hava əlaqəsində və sairədə istifadə olunur. Qeyd edək ki, Zəngilanda aeroportun inşasına ötən ilin yazında başlanılıb və bu ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır. Burada bütün tip sərnişin və yük təyyarələri eniş edə bilər. Beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, eni isə 60 metrdir. Onun terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.
Hava limanının əhəmiyyəti barədə “Şərq”ə danışan millət vəkili Vüqar Bayramov deyib ki, xarici dövlətlərin, xüsusən Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi inkişaf eyni zamanda hava nəqliyatının təkmilləşdirilməsi, beynəlxalq hava limanlarının istifadəyə verilməsindən asılıdır. Deputatın sözlərinə görə, nəzərə alaq ki, Zəngilan hava limanı həm həmin rayonun potensialının reallaşması, eyni zamanda Şərqi Zəngəzurun yaratdığı iqtisadi məhsulların ölkə və dünya bazarlarına çıxarılması baxımından vacibdir:
“Bu, bir tərəfdən imkan verəcək ki, Şərqi Zəngəzurda yaranan dəyər digər ölkələrə ixrac oluna bilsin. Həmçinin, Şərqi Zəngəzura daha çox turistlərin gəlməsinə səbəb olacaq. Turizmin inkişafına xüsusi töhfə verəcəyinə şübhə yoxdur. Nəticə etibarı ilə ölkəyə valyuta daxil olmasını stimullaşdıracaq. Şərqi Zəngəzurun böyük və fasiləsiz turizm potensialı var. Hava limanı həmin potensialın reallaşmasını sürətləndirəcək”.
Parlament üzvü vurğulayıb ki, Zəngilan hava limanı Şərq-Qərb beynəlxalq hava dəhlizinə inteqrasiya olunacaq:
“Bu da imkan verəcək ki, Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmi artsın və dövlət gəlirləri çoxalsın. Ona görə də Zəngilan hava limanı bir yandan Azərbaycanın təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verməklə yanaşı, həm də iqtisadi baxımdan böyük önəm kəsb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət