Bu ildən məktəblərdə “Ortaq Türk tarixi” tədris olunacaq
Yusif Nəzərli
10:22 28.07.2022
Aktual
1048
Bu addım bizim bugünümüz və gələcəyimiz üçün çox önəmlidir
Faiq Ələkbərli: "Nazirin “İnanmıram ki, bu fənlərdən gələcəkdə buraxılış və qəbul imtahanlarına nələrsə salınsın” sözləri də aydın deyil. Əksinə, hər iki fənn qəbul imtahanlarına salınmalıdır"
Təhsil naziri Emin Əmrullayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məktəblərində “Ortaq Türk tarixi” və “Ortaq Türk coğrafiyası” fənlərinin tədrisinə dair məsələyə aydınlıq gətirib. Nazirin sözlərinə görə, “Ortaq Türk tarixi” dərsliyi bu ildən tədris olunacaq. “Ortaq Türk coğrafiyası” dərsliyi hazır olduqdan sonra fənnin tədrisinə başlanılacaq: “Burada əsas məqsəd şagirdləri ideoloji cəhətdən hazırlamaq, türk dövlətləri haqda məlumat aşılamaqdır. İnanmıram ki, bu fənlərdən gələcəkdə buraxılış və qəbul imtahanlarına nələrsə salınsın”.
Ortaq türk tarixinin orta məktəblərdə tədris olunmasını “Şərq”ə dəyərləndirən türkoloq-alim Faiq Ələkbərli deyib ki, bütün hallarda “Ortaq Türk tarixi” və “Ortaq Türk coğrafiyası fənlərinin tədris proqramına salınması çox önəmlidir. Alimin sözlərinə görə, prosesin nəhayət başlaması təqdirəlayiq haldır:
“Bütün türk dövlətləri və onların xalqları ortaq türk tarixindən xəbərdar olacaqlar. Eyni zamanda ortaq keçmişimiz, ortaq mədəniyyətimiz, dövlətçilik ənənələrimiz haqqında yeni yetişən nəsil bilgili olacaq. Bunlar çox vacibdir. Lakin nazir Emin Əmrullayevin “dərsliyin hazırlanmasında əsas məqsəd şagirdləri ideoloji cəhətdən hazırlamaqdır” fikri doğru deyil. Burada söhbət ancaq ideologiyadan getmir.
Türk xalqlarının yaxınlaşması, dövlətlərin ortaq nöqtəyə gəlməsi sadəcə ideoloji məsələ sayılmır. Bu addım bizim bugünümüz və gələcəyimiz üçün çox önəmlidir. O baxımdan nazirin “İnanmıram ki, bu fənlərdən gələcəkdə buraxılış və qəbul imtahanlarına nələrsə salınsın” sözləri də aydın deyil. Əksinə, hər iki fənn qəbul imtahanlarına salınmalıdır. Gənclərimiz ilk növbədə türk dünyasının tarixindən hazırlıqlı olmalı, bu sahədə imtahanlara cəlb olunmalıdır. Bu fənlərə ciddi yanaşılmalıdır”.
F.Ələkbərli qeyd edib ki, ortaq dərsliklər türk gəncliyinin vahid tarixə, mədəniyyətə köklənməsində mühüm rol oynayacaq:
“Xüsusən də, Türk Dövlətlər Təşkilatının gələcəyinin uğurlu olması məhz ortaq türk tarixindən, coğrafiyasından, ədəbiyyatından asılıdır. Hər bir türk dövlətinin güclü gələcəyi ortaq tariximizi, fəlsəfəmizi, mədəniyyətimizi bilməkdən keçir. Dünyanın gələcəyi milli dəyərləri, mədəniyyəti qoruyub saxlayan, mühafizə edən xalqlarla bağlıdır. Ümid edirəm, “Ortaq Türk tarixi” bütün türk xalqlarının maraqlarının uzlaşmasına da xidmət edəcək”.
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə