"Rusiya Ukraynanı parçalamaq istəyir"
Yusif Nəzərli
21:25 28.07.2022
Siyasət
635
“Vladimir Jirinovski illər boyu Kreml sahibinin danışan dili kimi çıxış edib. Rusiya prezidentinin hədəflərini səsləndirib, daha sonra bunların reallaşması üçün “addımlar” atılıb”. Bu sözləri politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib. Ekspert bildirib ki, Krımın ilhaqı və bu il Ukraynaya qarşı başlanan işğalçı müharibə bunun nümunəsidir: “Ölən Jirinovskinin yerini Putinin dostu Dmitri Medvedyev doldurmağa çalışır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedyevin yeni açıqlaması Ukraynanın 4 ölkə (Rusiya, Polşa, Rumıniya və Macarıstan) arasında bölünəcəyi ilə bağlıdır. O, bununla bağlı xəritə də yayımlayıb. Bu xəritə ilə Kreml sahibi adı çəkilən Avropa dövlətlərinə belə bir mesaj göndərməyə çalışır ki, “Rusiyaya aid ərazilər götürüldükdən sonra siz də Ukraynadan öz payınızı qoparın”. Ukraynanın müharibədən əvvəl Avropa qonşuları ilə müxtəlif məsələlərlə bağlı mübahisələri olub. İndinin özündə də Macarıstanın siyasəti Kiyevdə müəyyən suallar doğurur. Ancaq adı çəkilən dövlətlərin Ukraynanı parçalamaq kimi niyyətləri yoxdur. Avropada sərhədlərin təftiş olunması hamının zərərinə olduğundan heç bir dövlət Kremlin təxribatına uymaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə