Sıravi deputat hər ay 7455 manat əmək haqqı alacaqlar
Yusif Nəzərli
11:10 01.08.2022
İqtisadiyyat
835
"Ötən həftə Prezident deputatın statusu haqqında qanuna dəyişikliyi təsdiqləyib.
Bununla da sıravi deputatların, komitə sədri və parlament sədrinin əmək haqları xeyli artmış oldu.
Dəyişikliyə görə sıravi deputat üçün aylıq əmək haqqı 2485 manat, hər ay da əmək haqqının iki misli qədər əlavə ödəniş müəyyən olunub. Yəni, deputatın əmək haqqı hər ay üçün 7455 manat olacaq".
"Sherg,az" xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
O qeyd edib:
"Yeni qanuna görə sıravi deputat sosial ödənişlər və vergilər çıxıldıqdan sonra, hər ayda təxminən 6537 manat əmək haqqı alacaq.
Əvvəllər sıravi deputatın aldığı əmək haqqı 4052 manat olub.
Deputatların əmək haqqının artırılmasına yanaşmanın doğru olmadığı haqqında əvvəllər də yazmışdım.
Qısa olaraq bir daha qeyd etmək istərdim ki, bu tip yanaşma qüsurludur.
Yəni, peşəkar deputat üçün, peşəkar formada qanun yaradıcılığı və deputat funksiyalarını yerinə yetirənlər üçün 7455 manatın da az olduğu qənaətindəyəm. Bu tip deputatlar isə olduqca az saydadır. Əksəriyyət deputatlar isə, bəziləri özləri də etiraf edirlər ki biznesləri var, oliqarx həyat tərzi sürənlər var, milyonlarla vəsaitləri haqqında məlumatlar paylaşılanlar da var, bir çoxları obyektlərindən hər ay yüz minlərlə icarə haqqı toplayırlar.
Düşünürəm ki , bu tip deputatların əmək haqqına da eyni yanaşma sərgiləmək, onlara büdcədən əlavə vəsaitlər sərf emək doğru deyil və qüsurlu yanaşmadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual