İranın xarici işlər naziri və BMT-nin baş katibi arasında telefon danışığı olub
İranın xarici işlər naziri və BMT-nin baş katibi arasında telefon danışığı olub
15:59 07.08.2022
Siyasət
471
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian və BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
APA-nın Tehran bürosunun məlumatına görə, Hüseyn Əmirabdullahian BMT-nin baş katibi ilə bəzi regional və beynəlxalq məsələləri, o cümlədən Qəzzada baş verən hadisələri, sanksiyaların aradan qaldırılması üçün aparılan danışıqları müzakirə edib.
O, sanksiyaların ləğvi ilə bağlı danışıqlara münasibət bildirib: "Biz güclü və sabit razılığın əldə olunmasına ciddi yanaşırıq. İndi Vyanada danışıqlar ciddi şəkildə aparılır, baxmayaraq ki, bu məsələnin nəticəsi ABŞ-ın razılığından asılıdır. ABŞ praktikada lazımi çeviklik və realizm nümayiş etdirəcəkmi? Bizim güclü və davamlı razılaşma əldə etmək üçün ciddi və real iradəmiz var, bunu göstərmişik”.
BMT-nin baş katibi dünyada nüvə silahlarının aradan qaldırılmasının zəruriliyini və Yaxın Şərqin kütləvi qırğın silahlarından təmizlənməsinin zəruriliyini vurğulayıb: "Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə danışıqları bizim üçün çox vacibdir və biz bu sazişin tərəfləri ilə əlaqə saxlayırıq. Biz bu mərhələdə daha çox kompromis və çevikliyi vurğulayırıq".
O deyib ki, biz İranın nüvə proqramı üzrə işi bağlamağa çalışmaq istəyirik və bunu Avropa və Amerika tərəflərinə də çatdırmışıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı