Corc Dik: “Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərə böyük təkan verəcək”
Yusif Nəzərli
11:15 19.11.2022
Siyasət
503
“Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərə böyük təkan verəcək”.
Bunu Trend-ə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
“Qeyd etmək lazımdır ki, bu qərar əsasən Azərbaycan rəhbərliyinin qətiyyətinin və hər iki tərəfin dostluğunun möhkəmləndirilməsi işinə sadiqliyinin nəticəsidir”, - səfir deyib.
C.Dik bildirib ki, Azərbaycan İsraillə tərəfdaşlıq səviyyəsinin yüksəldilməsi üçün böyük addım atıb.
“İsraildə səfirlik açılması barədə tarixi qərar çox böyük rəmzi xarakter daşıyır: “Bu, dünyaya iki ölkə arasında qürur mənbəyi olan xüsusi dostluğun inkişaf etməsi və çiçəklənməsini hədəflədiyimiz barədə ismarışdır. Səfirliyin açılması dövlət sektorundan ictimai, işgüzar və mədəniyyət sektorunadək münasibətlərimizi genişləndirməyə imkan verəcək”, - deyə o bildirib.
Səfir hesab edir ki, bu addım həm də turizm, ticarət və mədəniyyət sahələrində praktiki əhəmiyyət daşıyır.
“Artıq Azərbaycanın İsraildə diplomatik nümayəndəliyi olacaq, bu isə İsraildə birbaşa görüşlər və danışıqlar keçirməyə imkan verəcək. Azərbaycanlı rəsmi şəxslər İsrailin texnologiya, innovasiya və kənd təsərrüfatı şirkətlərinin nümayəndələri ilə görüşlər keçirsələr, həmin şirkətlərin azərbaycanlı tərəfdaşlarla əlaqələrini təmin etsələr, nümayəndə heyətlərinin səfərlərini təşkil etsələr və ticarətin çiçəklənməsinə xidmət etsələr, iki ölkənin nələr əldə edə biləcəyini təsəvvür edin. Azərbaycan mədəniyyəti də öz növbəsində müntəzəm olaraq İsrail ictimaiyyətinə təqdim olunacaq və mədəni əlaqələrimiz möhkəmlənəcək. Turizm də, əlbəttə ki, bundan qazanclı çıxacaq, biz artıq hər il turist axınının artmasını görürük. Texnologiyalar və kənd təsərrüfatı ilə yanaşı, mən həm də səhiyyə, bərpa olunan enerji və “ağıllı” şəhərlər sektorunda potensial görürəm”, - deyə səfir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya