
General Volkov da etiraf etmişdi
Yusif Nəzərli
05:32 20.01.2023
Qarabağ
718
Laçın yolunda daşınan bütün yüklərə ciddi nəzarət olunmur
"Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir sıra bəndlərini icra etməkdən indiyədək də yayınır". Bu barədə "Şərq"ə açıqlamasında AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu deyib. Partiya funksioneri bildirib ki, İrəvan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdən qanunsuz silahlı birləşmələrin çıxarılmasını təmin etmir, Zəngəzur dəhlizinin açılması yönündə üzərinə düşən öhdəliyi yerinə yetirmir:

"Ermənistan hökuməti sərhədlərin delimitasiya və demarkasiyasını da sabotaj edir. Eyni zamanda Azərbaycanın ekologiyasına qarşı terroru, təbii sərvətlərin talanını davam etdirir. Bütün bunların hamısı Rusiya sülhməramlılarının himayəsi altında baş verir. Ekofəalların aksiyasına kimi Ermənistan təxribatçı hərəkətlərini davam etdirir, Xankəndidə müvəqqəti mövcud olan qondarma rejimə, müharibə dəllalarına silah-sursat daşıyırdı. Ermənistan rus sülhməramlılarının bilavasitə himayəsi və dəstəyi ilə Azərbaycanın ərazilərini minalayır, özləri üçün müdafiə istehkamları qururdular. Ekofəallar yolu qismən nəzarətə götürdükdən sonra ermənilər prosesi səngitməyə məcbur oldu. Azərbaycan dəfələrlə ermənilərin təxribatları barədə rəsmi Moskvaya etirazını və xəbərdarlığını bildirsə də, təəssüf ki, buna ciddi diqqət yetirilmir".
Ə.Oruclu bildirib ki, Rusiya sülhməramlıları Xankəndini Ermənistanla birləşdirən Laçın yolunda daşınan bütün yüklərə ciddi nəzarət etməlidir:
"Amma nəzarət belə həyata keçirilmir. Bunu kontingentin komandanı general Volkov da etiraf etmişdi. Deyərdim ki, Ermənistandan Xankəndiyə ötürülən təhlükəli və naməlum yüklərin altında Rusiyanın barmağı var. Rəsmi Bakının tələbləri dərhal icra olunmalıdır. Əks təqdirdə Rusiya sülhməramlılarının razılaşdırılmış müddətdə bölgədə qalmasına lüzum olmayacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda keçirdiyi görüşlərdə bir daha qeyd etdi ki, kriminal ünsürlər Azərbaycan ərazilərindən çəkilməli, Ermənistan isə Laçın yolundan Xankəndiyə silah-sursat və şəxsi heyət daşımasına son qoymalıdır. Məncə, bu, son və ciddi xəbərdarlıqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm