
Heç kim Laçın yolu ilə bağlı ölkəmizi günahlanda bilməz - Politoloq
11:27 22.01.2023
Siyasət
540
Avroparlamentdə səsləndirilən bəyanatların heç bir mənəvi, siyasi, hüquqi çəkisi yoxdur
"Avroparlament növbəti addımı ilə Aİ-Azərbaycan münasibətlərinə xələl gətirmək əzmini nümayiş etdirdi".
"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov deyib.

Analitik bildirib ki, Laçında baş verənlərlə bağlı ölkəmizin günahlandırılması, ermənilərin "hüquqlarının qorunmasına" çağırış, Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması kimi tələblərin layihəyə salınması - qərəzli və birtərəfli münasibətin bariz nümunəsidir:
"Aydın məsələdir ki, Azərbaycan üçün Avroparlamentdə səsləndirilən bəyanatların heç bir mənəvi, siyasi, hüquqi çəkisi yoxdur. Əgər Avroparlament həqiqəti demək istəyirsə, o zaman ərazi bütövlüyü məsələsində niyə Azərbaycanın adını çəkmədi? Avropalıların erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması tələbini səsləndirməmələri, əvəzində Azərbaycan hərbçilərinin Ermənistandan çıxarılması kimi tələb çıxışlar qərəzin son həddi sayıla bilinər. Beləcə, Fransa və Ermənistan Aİ -nın prezidenti Şarl Mişelin son 1 ildə Bakı və İrəvan arasında effektiv vasitəçi kimi nailiyyətlərinin üstündən xətt çəkmiş olur. Görünən odur ki, Şarl Mişel və Fon Layen kimi fiqurlara qarşı erməni diasporası, Fransa hökuməti tərəfindən təzyiq mexanizmi məhz Avroparlament, Avropa Komissiyası qismində meydana buraxılıb və bu cür avantürist çıxışlar davamlı olacaq".
Ekspertə görə, baş verənlər, XİN və Diaspora Komitəsinin Avroparlamentlə, ABŞ - ilə, Aİ- ilə siyasət konsepsiyasına göz gəzdirməyi, bəzi düzəlişlər etməyi lazım bilir:
"Avropalılarla iş mexanizmləri, metodları yeni yanaşmalarla nəzərdən keçirilməlidir. Əgər Avropa strukturları Cənubi Qafqaza yanaşmalarında məhz erməni məsələsi prinsipi ilə yanaşacaqlarsa, sözsüz ki, qitənin siyasi institutunun bölgədəki nüfuzuna zərbə vurmuş olacaqlar. Yaxşı olardı ki, müvafiq Avropa strukturları Avroparlamentin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand başda olmaqla bir çoxları ilə bağlı araşdırmalara başlasın. Kor gözlə də görünür ki, bu gün Avroparlamentin bir çox üzvü erməni diasporası tərəfindən maliyələşdirilirlər. Ötən ilin sonunda Avroparlamentdə bəzi ölkələrlə bağlı araşdırılmaların da başlanılması buna bir sübutdur. Ancaq, digər ölkələrin rüşvət məsələsində adları çəkilsə də, erməni milyonçuları ilə bağlı susqunluq nümayiş etdirilir".
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya