XİN: "Azərbaycan erməni əhalinin yaşadığı bölgənin təchizatında heç bir müdaxilə etmir"
Yusif Nəzərli
08:24 23.02.2023
Gündəm
404
Ermənistan tərəfindən qaldırılan ikinci vəsatət guya Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsində yaşayan və Azərbaycan vətəndaşlığı olan erməni əsilli şəxslərin bu və ya digər ehtiyaclarının ödənilməməsi ilə bağlı konkret olaraq həmin ərazinin təbii qazla, elektrik enerjisi ilə təchizatı, sonradan hətta fiberoptik internet təchizatı ilə bağlı qəsdən, qərəzli şəkildə hansısa müdaxilələrin edilməsi və bununla da həmin ərazilərdə yaşayan əhalinin hüquqlarının pozulması ilə bağlıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov fevralın 23-də keçirilən mətbuat konfransında söyləyib.
Ermənistan tərəfinin bu iddiaları hələ 2021-ci ilin mart ayından mütəmadi olaraq məhkəmə qarşısında qaldırdığını diqqətə çatdıran nazir müavini deyib: “Azərbaycan tərəfi də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Azərbaycanın mövqeyi ondan ibarət olub ki, ilk növbədə, 30 illik işğal dövründə və bu günə kimi həmin əraziyə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan tərəfi öz öhdəliyinə düşə biləcək bu və ya digər hərəkətlərin təmin edilməsi, öz ərazisindən keçən qaz boru xəttinin təmiri ilə bağlı əgər Ermənistan tərəfindən müraciət edilərsə bu əməkdaşlığa hazır olduğunu bildirməsi barədə dəlil və sübutlarını məhkəməyə təqdim edib. Ermənistanın bu vəsatəti ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi dünən açıqladığı qərarda Azərbaycanın mövqeyini dəstəkləyib. Bununla bağlı məhkəmənin gəldiyi rəy və qənaət ondan ibarət olub ki, Azərbaycan tərəfi təbii qaz, elektrik enerjisi təchizatı və internet xidmətləri ilə bağlı həmin bölgənin təchizatında heç bir müdaxilə etmir və bunun heç bir əsası yoxdur. Bununla da Ermənistan tərəfinin üç vəsatətindən ikisi məhkəmə tərəfindən rədd edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya