Prezidentdən Mədəniyyət Nazirliyinin strukturu ilə bağlı SƏRƏNCAM
Prezidentdən Mədəniyyət Nazirliyinin strukturu ilə bağlı SƏRƏNCAM
Yusif Nəzərli
12:17 23.02.2023
Aktual
459
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Sərəncamla Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Şəmkir Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Bərdə Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdaş Regional Mədəniyyət İdarəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Lənkəran Regional Mədəniyyət İdarəsi) əsasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, aşağıdakı regional mədəniyyət idarələri yaradılıb:
1. Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi;
2. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
3. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi;
4. Qarabağ Regional Mədəniyyət İdarəsi;
5. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi;
6. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi;
7. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi;
8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
9. Mil-Muğan Regional Mədəniyyət İdarəsi;
10. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi;
11. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;
12. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya