Üç ölkənin hərbi təhsil müəssisələrinin rəhbərləri Bakıda... - FOTO
Yusif Nəzərli
09:39 28.04.2023
Gündəm
511
Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, Milli Müdafiə Universitetində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq aparılan qarşılıqlı müzakirə və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ölkələrimiz arasındakı sıx əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini qeyd edən general-leytenant H.Piriyev bu cür görüşlərin hərbi təhsil müəssisələrinin professor, zabit və müəllim heyətləri arasında dostluğun daha da möhkəmləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.
Görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə edən Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi general-mayor Gültekin Yaralı və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru briqada generalı Mamia Balaxadze bu cür görüşlərin keçirilməsinin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəyini vurğulayıblar.
Qonaqlar universitetin “Xatirə kitabı”na ürək sözlərini yazıblar.
Sonra Türkiyə və Gürcüstan nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Ümummilli lider Heydər Əliyevin abidəsi və institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksi ziyarət olunub, gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.
Qonaqlar hərbi institutun ərazisindəki muzeydə ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
Sonra Hərbi institutda görüş keçirilib. Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib. Xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub.
Daha sonra nümayəndə heyətləri təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, həmçinin burada kursantlar üçün yaradılan şəraitlə tanış olub və keçirilən tədris prosesini izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” son 10 ilin ən yaxşı göstəricisinə imza atıb
18:50 10.11.2026
Futbol
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region