Rza Pəhləvi fars millətçilərinin təmsilçisidir
13:58 01.05.2023
Siyasət
750
Onun israilli deputatların müraciətinə qarşı çıxması səbəbsiz deyil
Rza Pəhləvinin Güney Azərbaycanla bağlı mövqeyi ilə mövcud İran rejimi arasında heç bir fərq yoxdurGüneydəki soydaşlarımızın milli azadlıq uğrunda mübarizəsi tədricən beynəlxalq dəstək qazanmaqdadır. Bir neçə gün öncə İsrail parlamentinin - Knessetin 32 üzvü Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə XİN-ə müraciət göndərib. Müraciətdə İran müxalifətinə və Tehranın Güney azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirilməsi xahiş olunub:
“Bu, İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”. Lakin İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi buna qarşı çıxıb və sərt reaksiya verib. O deyib ki, İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti qəbulolunmaz hərəkətdir. Pəhləvi İsrailin Knesset üzvlərinin bu müraciətini İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib: “Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim. Deputatların müraciəti İran hakimiyyətinin maraqlarına xidmət edir”. Şahın oğlu İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verməsini xahiş edib.
Təbriz Araşdırmaları İnstitutunun sədr müavini, dr. Babek Şahed "Sherg.az"a açıqlamasında bildirib ki, Rza Pəhləvinin israilli deputatların müraciətinə qarşı çıxması səbəbsiz deyil. Ekspertin sözlərinə görə, Pəhləvi düşüncə və siyasi təfəkkür olaraq özünü fars millətçilərinin təmsilçisi kimi görür:
"Rza Pəhləvi fars millətçilərinin təmsilçisi kimi çıxış etdiyi üçün belə reaksiya verib. Məlumdur ki, fars millətçilərinin əsas ideoloji prinsiplərindən biri türk-ərəb düşmənçiliyidir. Pəhləvi Güney Azərbaycan məsələsinə qarşı çıxmağı özünə ideoloji vəzifə sayır. Əslində bu cür yanaşmanı ilk dəfə sərgiləmir. O, 2006-cı ildə baş vermiş may qiyamı zamanı "İran" qəzetinə belə bir açıqlama vermişdi: "Əgər söhbət Güney Azərbaycanın İrandan ayrılmasından, müstəqil olmasından gedirsə, mən Xamenei ilə birlikdə güneyli pantürkistlərə qarşı mücadilə edəcəyəm". Yəni Rza Pəhləvinin Güney Azərbaycanla bağlı mövqeyi ilə mövcud İran rejimi arasında heç bir fərq yoxdur. Digər önəmli səbəbi isə iki-üç gün öncə verdiyi reportajda özü dilə gətirib. Bildirdi ki, "İranda bir çox adam onun ölkəyə geri dönməsini istəyir. Fəqət pantürkistlər və əhvazlılar ortalığı qarışdırırlar. Pəhləvi "pantürkist" deyərkən Güney azərbaycanlıları nəzərdə tutur. O, güneyli soydaşlarımızı özü üçün siyasi rəqib görür. Ancaq unutmayaq ki, Rza Pəhləviyə İranda dəstək verənlər sadəcə İsfahan, Şiraz, Kirman kimi bölgələrin fars millətçiləridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm