Ombudsman Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara baş çəkib
Ombudsman Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara baş çəkib
Yusif Nəzərli
14:09 05.06.2023
Gündəm
434
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.
APA xəbər verir ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində (MPM) BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasından ibarət olub.
Başçəkmə zamanı bu il may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması və digər qanunsuz əməllərin törədilməsi ilə bağlı saxlanılmış və məhkəmə qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Hovagimyan Harut Yuriki və Qazaryan Karen Aşoti qəbul edilib.
Ombudsman Səbinə Əliyeva tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslər konfidensial qaydada qəbul olunub, müraciətləri yerində dinlənilib. Qəbul edilmiş şəxslərin saxlanma şəraitindən və rəftardan şikayətləri olmamış, yaradılmış şəraitə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirmişlər.
Başçəkmə çərçivəsində saxlanma şəraiti – kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.
Eləcə də həmin şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müşahidə edilib və qəbul olunmuş şəxslərin özləri də bunu təsdiq ediblər.
Saxlanılan şəxslər üçün kameralarda bədii ədəbiyyat və informasiya materiallarının (öz dillərində) olması müşahidə olunub. Qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmana və 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya