İlham İsmayılov: “Türk dövlət qurumlarının birgə keçirdikləri forumlarda QHT nümayəndələrinin iştirakı da vacibdir”
09:34 28.11.2023
Aktual
547
Xəbər verdiyimiz kimi, Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərində Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumu keçirilib. Türk xalqları ilə ilk dəfə keçirilən belə bir forumun əhəmiyyəti, gözləntiləri nədən ibarətdir?
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov "Sherg.az"a bildirib ki, bu cür forumların təşkili, milli və tarixi köklərlə bir-birinə bağlı olan qardaş türk xalqlarının vətəndaş cəmiyyətlərinin qarşılıqlı əlaqələr qurmasına, birgə əməkdaşlığı genişləndirilməsi və gələcəkdə ortaq layihələrin həyata keçirilməsində əhəmiyyəti böyükdür:
“Uzun illərdir ki, vətəndaş cəmiyyəti təmsilçiləri daha çox qərb meyilli, xarici ölkələrdən qrant hesabına fəaliyyət göstərən strukurlar kimi təqdim olunub. Lakin ölkəmizdə milli donor institutu formalaşdıqdan sonra görürük ki, Azərbaycanda QHT-lərin böyük əksəriyyəti milli və dövlətçilik prinsiplərinə söykənən layihələrin həyata keçirilməsində daha çox maraqlıdır.Təbii ki, xarici donorlardan bu və ya digər şəkildə bəhrələnən vətəndaş cəmiyyəti institutları, media qurumları da mövcuddur. Lakin ümumilikdə bu gün vətəndaş cəmiyyəti təmsilçiləri daha çox milli donor institutları ilə işləməkdə maraqlıdır. Təbii ki, bu məsələdə ölkəmizdə QHT-lər üçün əsas donor təşkilat olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu gün yürütdüyü milli xəttin olması, Türk dünyasına istiqamətlənmiş bir siyasəti izləməsidir. Bu isə yalnız Azərbaycan deyil, digər Türk dövlətləri QHT-ləri arasında əlaqələrin inkişafını da şərtləndirən əsas amildir. Ümid edirik ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu cür forumları digər Türk dövlətləri QHT nümayəndələri ilə də keçirəcək”.
İlham İsmayılov qeyd edib ki, Türk Dövlətləri Təşkilatları (TDT) çərçivəsində bütün dövlət strukturlarının əməkdaşlığı və əlaqələri mövcuddur:
“Biz hər il TDT-in daxilində müxtəlif nazirliklərin və qurumların birgə keçirdikləri əməkdaşlıq forumlarına şahidlik edirik. Arzu olunandır ki, dövlət qurumlarının keçirdikləri forumlarda aidiyyatı üzrə fəaliyyət göstərən QHT nümayəndələri də iştirak etsin. Belə təşəbbüslərin dəstəkləməsi, türk dövlətləri vətəndaş cəmiyyəti təmsilçilərinin bir-biri ilə əlaqələrin qurulmasında müstəsina rolu ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat