
Qərbdən Şərqə keçən güc balansı: Rusiya TDT-yə üzv olur?
11:31 29.11.2023
Siyasət
533
Rusiya Federasiyası Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaq üçün dəvət gözləyir.
Bu barədə Ankaradakı Rusiya Araşdırmaları Mərkəzi məlumat yayıb.
Buna Rusiya daxilində 37 fərqli türk etnik qrupunun olması, türklərin vətəni Altay dağlarının Rusiya ərazisində yerləşməsi, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan kimi böyük etnik türk muxtar respublikalarının varlığı əsas göstərilir.
Moskva 20 milyona yaxın türkün yaşadığı Rusiyanın türk dünyasına Macarıstandan daha yaxın olduğunu düşünür.
Məsələni "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Türk Dövlətləri Təşkilatı potensialına görə iqtisadi mərkəz olaraq dünyanın üçüncü gücü ola bilər:

“Hazırda beynəlxalq münasibətlərdə güc trayektoriyası Qərbdən Şərqə yönəlməkdədir. Çünki Çin, Rusiya və Şərqi Asiya kimi amillər var. Təşkilatın cəlbediciliyinin əsas hissəsi də məhz budur. Eyni zamanda Qərb və Şərqin arasında türk dünyasının körpü rolunu oynaması, onlar üzərində böyük bir savaşı özü ilə gətirir. Türk dünyası bu savaşda iki toqquşan qütb arasından üçüncü qütb olmaq kimi istifadə edə bilər. Bu mənada TDT bir çox maraqları özündə birləşdirən bir platformadır. Həmçinin milyonlarla türkün Rusiyada yaşandığını nəzərə alsaq onların sözü gedən təşkilata üzv olması təccüblü olmaz. Hətta gələcəkdə İranın da bu təşkilatın sıralarına qoşulmağ üçün müraciət edəcəyini düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region