
Prezidentin atdığı addımla hər bir vətəndaşımızın dəyərli olduğunu göstərdi -Şərh
10:01 14.12.2023
Cəmiyyət
1024
Dünən Qazax rayonunda Azərbaycan ilə Ermənistan arasında əsirlərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutdu. Proses zamanı Ermənistan tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu - Hüseyn Axundov və Aqşin Bəbirov azad olundu. Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verdi.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, bu addım Prezidenti İlham Əliyevin Azərbaycan xalqına verdiyi dəyərin bariz nümunəsi olmaqla bərabər, dövlətimizin sülh və normallaşma səylərinə göstərdiyi dəstəyin əyani sübutdur. Prezident İlham Əliyev atdığı addımı ilə Azərbaycanın hər bir vətəndaşının nə qədər dəyərli olduğunu göstərdi:
“Həmçinin razılaşmanın təkcə Azərbaycan və Ermənistan arasında olması, problemlərin birbaşa dialoq formatında həll edilə biləcəyini sübuta yetirdi, bundan sonrakı prosesləri daha da irəli aparmaq üçün təkan verdi. Ermənistana qaytarılan 32 nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş qondarma rejimin rəhbərlərinin daxil edilməməsi ölkəmizin hər zaman olduğunu kimi, prinsipial mövqeyə sadiqliyini nümayiş etdirdi. Amma istənilən halda erməni əsilli şəxslərin azad edilməsi Azərbaycan dövlətinin Ermənistana sülh üçün növbəti təklifi kimi də dəyərləndirilə bilər. İrəvan hakimiyyəti isə Azərbaycanın etibarlı və sözünə əməl edən dövlət kimi davranışını yüksək qiymətləndirib, səmimi, konstruktiv və birbaşa dialoqa öz töhfəsini verməlidir”.

Siyasi şərhçi iki dövlət arasındakı problemlərin yalnız əsirlərin mübadilə edilməsi ilə yekunlaşmadığını söyləyib:
“Belə ki, Ermənistanın cinayətləri üzündən Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək qeyri-müəyyən olaraq qalır. Əlbəttə ki, rəsmi İrəvan itkin düşən şəxslər barədə məlumatlıdır. Ona görə də əgər Ermənistan səmimidirsə, itkin düşmüş azərbaycanlılar haqqında məlumatları ölkəmizə təhvil verilməlidir. Ermənistanın indiyədək bu məsələyə beynəlxalq hüququn norma və prinsipləri prizmasından yanaşmamasına baxmayaraq, bu ölkə heç bir məsuliyyətə cəlb edilmədi, təzyiqlərlə üzləşmədi. Bu səbəbdən də artıq hər kəs anlayır ki, beynəlxalq təşkilatlar dövlətlərarası problemləri həll etməkdə maraqlı deyil. Onlar öz maraqlarına uyğun hərəkət edir. Amma Azərbaycan artıq hər şeyin keçmişdə qaldığını atdığı humanist addımlarla sübuta yetirir və qarşı tərəfi konkret mövqe sərgiləməyə dəvət edir. O baxımdan Ermənistan da əlaqələrin normallaşmasına sadiqliyini nümayiş etdirməli və Azərbaycanın təşəbbüslərini nəzərə alaraq, əməli addımlar atılmalıdır. Ermənistan həm minalanmış ərazilərin xəritəsinin verilməsində, həm də bu sahədə dəstək göstərmək üçün əməkdaşlıq mühitinin yaradılmasında ölkəmizin təkliflərinə müsbət cavab verməlidir. Beynəlxalq konyekturanın tələbləri də bunu ehtiva edir ki, siyasi məsələlər və problemlər qarşılıqli surətdə və güzəştli şəkildə həll edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media