
Ekspert: Tikintidə baş verən bədbəxt hadisələrin əksəriyyəti...
12:06 04.11.2024
Cəmiyyət
512
Gəncə şəhərindəki orta məktəblərin birində təmir-bərpa işləri aparan, 1984-cü il təvəllüdlü şəhər sakini N. Nəsibov iş zamanı məktəbin damından yıxılıb.
Oxu.Az-ın məlumatına görə, o, qapalı kəllə-beyin travması, döş qəfəsinin qapalı travması alıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında söyləyib ki, tikinti işləri apararkən təhlükəsizlik qaydaları ön planda olmalıdır:

"Tikintidə əsas təhlükələr hündürlükdən yıxılma, ağır-tikinti materiallarının fəhlələrin, işçi və qulluqçuların üzərinə düşməsidir. Nəzərə almaq lazımdır ki, ağır tonajlı nəqliyyat vasitələrin hərəkəti zamanı təhlükəsizlik qaydalarına riayyət etməliyik. Yəni yüklərin altından keçmək olmaz. Çünki qaldırıcı qurğularla birlikdə materialların aşması insanlara böyük xəsarət yetirə bilər. Ona görə də tikinti, texniki, əməyin mühafizəsi qaydalarına, sanitar normalara əməl edilməlidir. Tikintidə baş verən bədbəxt hadisələrin əksəriyyəti hündürlükdə görülən işlərlə bağlı olur. Qeyd edim ki, iki metrdən yuxarıda görülən işlər hündürlükdə görülən işlər sayılır. Bu zaman mütləq qoruyucu kəmər bağlanmalı, qoruyucu sipərlər çəkilməli, ayaq altındakı dayaqlar möhkəm və dayanıqlı olmalıdır. Paralel olaraq fərdi mühafizə vasitələri-kaska, ayaqqabı, əlçək, eynəyin xüsusi rolu var. Onları təyinatı üzrə istifadə etmək lazımdır. Məsələn, kaska hündürlükdən düşə biləcək hər hansı bir parçanın insana zərər verməsinin qarşısını alır. Bütün bu avadanlıqları isə işə götürən tərəf işçiyə verməyə borcludur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət