Son 40 ilin ƏN QEYRİ-POPULYAR BAŞ NAZİRİ
Yusif Nəzərli
15:27 17.12.2024
Dünya
355
Britaniyanın Baş naziri Kir Starmer “Downing Street”də keçirdiyi cəmi beş ayın sonunda 1970-ci illərin sonlarından bəri ən qeyri-populyar Baş nazir olub.
Modern.az xəbər verir ki, noyabrın 27-dən dekabrın 4-dək aparılan sorğu nəticələrinə əsasən seçicilərin 61 faizi Kir Starmerin fəaliyyətindən narazıdır, cəmi 27 faizi isə razı olduğunu bildirib. Bu nəticələr Baş nazirin xalis məmnunluq reytinqini mənfi 34 səviyyəsinə endirib. “Ipsos” qeyd edir ki, bu rəqəm agentliyin Marqaret Tetçer dövründən bəri apardığı ölçmələrdə beş ay ərzində qeydə alınan ən pis nəticədir.
Kir Starmer üçün Baş nazirlik dövrünün ilk ayları çətin sınaqlarla yadda qalıb. Bu müddət ərzində onun və həyat yoldaşının pulsuz aldığı hədiyyələrlə bağlı qalmaqal, 10 milyon pensiyaçı üçün qış yanacaq ödənişinin ləğvi, vergiləri 40 milyard funt artıran büdcə xüsusilə narazılığa səbəb olub.
“Ipsos”un məlumatına görə, Qordon Broun siyahıda ikinci ən qeyri-populyar Baş nazir olub. Rişi Sunak isə 2023-cü ildə əldə etdiyi mənfi 22 xalis reytinqi ilə üçüncü yerdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm