Argentina nüvə planını açıqladı - "Bizdə də olmalıdır"
Yusif Nəzərli
10:09 22.12.2024
Siyasət
354
Argentina Prezidenti Xavyer Milei ölkənin enerji siyasətində yeni dövr açacaq “Argentina nüvə planı”nı açıqlayıb. Yeni plan ölkənin yerli texnologiyası ilə hazırlanacaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA/OIEA) dəstəyi ilə həyata keçiriləcək.
Teleqraf.com bu barədə Argentina mətbuatında yer alan məlumatlara istinadla xəbər verir.
Xəbərdə qeyd olunur ki, hökumət nüvə enerjisi potensialını artırmağı və ölkənin bu sahədə müstəqil texnoloji imkanlarını gücləndirməyi qarşısına məqsəd qoyub. Bundan əlavə, plan enerji təhlükəsizliyini təmin etmək və nüvə texnologiyasından beynəlxalq standartlara uyğun olaraq tamamilə dinc şəkildə istifadə etmək məqsədi daşıyır.
Planın təfərrüatları haqqında danışan Prezident Mileinin baş müşaviri və layihə rəhbəri Demian Reidal, iddialı bir təklif irəli sürdüklərini ifadə edərək, onilliklər boyu davam edən tənəzzüldən sonra nüvə enerjisi qalibiyyətlə geri dönəcəklərini bəyan edib.
Argentinalı nüvə mühəndislərinin prosesin mərkəzində olacağını vurğulayan Reidal bildirib ki, bu addım nüvə enerjisinin Argentinanın və dünyanın enerji gələcəyinin təməl daşlarından biri olacağını simvolizə edən iddialı bir plandır.
Xatırladaq ki, hazırda Argentinada üç aktiv atom elektrik stansiyası mövcuddur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya