Bakının İrəvanın şərtini qəbul edəcəyi ehtimalı sıfırdır - ŞƏRH
02:50 14.01.2025
Gündəm
539
Çünki sülh sazişi üçün vacib olan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi hələ də qalır
“Ermənistan Minsk qrupu məsələsindən siyasi bazarlıq üçün istifadə etməyi düşünür”
Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir. Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. Lakin belə bir müraciət etməyiblər, sadəcə nəzərdən keçirdiklərini elan etməklə Bakıya “razı ola bilərik” mesajını verirlər.
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan Minsk qrupu məsələsindən siyasi bazarlıq üçün istifadə etməyi düşünür. Ekspertə görə, bu məsələni nəzərdən keçirmələri də sülh sazişinin bir maddəsini icra etməmələrindən qaynaqlanır:
"17 maddəlik mətnin iki maddəsi – beynəlxalq iddialardan imtina və üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması (Avropa İttifaqı müşahidə missiyası) – razılaşdırılmamışdı. Paşinyan 9 yanvarda Bakıya ünvanladığı təkliflərdə beynəlxalq iddialardan imtina edilməsinə razı olduqlarını bəyan etdi. Lakin üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasına toxunmadı.
Bir gün sonra – 10 yanvarda Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasını təklif etdi. Kallasın sözçüsü Anitta Hipper bildirdi ki, üzv dövlətlər təklifi alqışlayıb və məsələnin həlli üçün prosedur qaydalar həll edilir, yaxın həftələrdə missiyanın müddətinin uzadılması ilə bağlı rəsmi qərarın açıqlanacağı gözlənilir".
Analitikə görə, gözlənildiyi kimi, Ermənistan üçüncü ölkələrə məxsus qüvvələri – Aİ missiyasını sərhəddən çıxarmaq tələbini yerinə yetirmədi:
"Və Bakıya “Aİ missiyası” tələbinin əvəzinə “Minsk qrupu tələbi”ni icra edə biləcəkləri mesajını verir, sülh sazişini də bu razılaşmalar çərçivəsində imzalamaq istəyirlər. Bakının qəbul edəcəyi ehtimalı sıfıra bərabərdir, çünki sülh sazişi üçün vacib olan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi hələ də qalır. İrəvan da Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət məsələsini “güzəşt” kimi danışıqlarda aktual olaraq saxlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm