Ötən il televiziya və radio efirində 358 pozuntu faktı aşkarlanıb
10:58 15.01.2025
Media
873
Ümumilikdə, aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 358 pozuntu faktı qeydə alınıb.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, həmin pozuntuların çox bir hissəsi (348 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilmiş və pozuntuların aradan qaldırılması təmin olunub. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 3 dəfə xəbərdarlıq elan olunmuş və mediada dərc olunub. Pozuntular səbəbi ilə il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunmuş, 3 dəfə inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib.
Qeyd edilib ki, ən çox pozuntu "Reklam haqqında" Qanunun tələblərinə riayət olunmaması (270 fakt, ümumi pozuntuların 75%-i) ilə bağlı olmuşdur. "Media haqqında" Qanunun tələblərinin pozulmasına 65 dəfə (ümumi pozuntuların 18%-i), "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun pozulmasına 17 dəfə (ümumi pozuntuların 5%-i), digər qanunvericilik tələblərinin pozulmasına 6 dəfə rast gəlinib.
"Reklam haqqında" Qanunun ən çox pozulan tələbləri sırasına lisenziyalı mal və xidmətlərin reklamı zamanı həmin lisenziya məlumatlarının təqdim olunmaması (70 fakt), bir saat ərzində icazə verilən reklam həcminin aşılması (49 fakt), reklamın və teleticarətin təqdim olunması ilə bağlı tələblərin pozulması (43 fakt), sponsor reklamı (təqdimatları) ilə bağlı müddəaların pozulması (35 fakt), gizli reklama yol verilməsi (33 fakt), dərman vasitələrinin və bioloji qida əlavələrinin reklamı ilə bağlı tələblərin pozulması (11 fakt) faktları yer alıb.
"Media haqqında" Qanunun ən çox pozulan tələbləri sırasında isə mediada yayımlanan informasiya ilə bağlı tələblərin pozulması (25 fakt), Dövlət Himninin səsləndirilməməsi ilə bağlı faktlar (18 fakt), yerüstü yayımçının dövlət dilində yayım aparması tələbinin pozulması ilə bağlı faktların (9 fakt) olduğu bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm