Tərəfdaşınız eqoistdir? - 5 əsas əlamətə diqqət edin!
Yusif Nəzərli
22:11 15.01.2025
Maraqlı
761
İnsanların, xüsusən də əks cinslərin bir-birilə münasibətlərinə tərəflərin nə dərəcədə səmimi, qayğıkeş olmaları təsir edir. Partnyor eqoistdirsə, münsibətlər uzunömürlü ola bilməz. Bəs bunu necə ayırd etmək olar? “Sherg.az” “NTV.com.tr”yə istinadən mütəxəssislərin açıqladığı 5 əsas əlaməti təqdim edir.
Mütəxəssislər qeyd edir ki, romantik münasibətlərdə qarşılıqlı anlaşma, cütlərin daha uzun müddət birlikdə xoşbəxt yaşaması üçün mühüm elementdir. Bununla belə, bəzi münasibətlərdə tərəfdaşlardan biri öz ehtiyaclarını digərindən üstün tuta bilər. Eqoizm olaraq təyin olunan bu vəziyyət, əlaqənin gedişatına mənfi təsir göstərə bilər və altruist partnyorun psixoloji zədələnməsinə də səbəb ola bilər. Beləliklə, tərəfdaşınızın eqoist olub-olmadığını 5 əlamət bəlli edə bilər.
Empatiyanın yoxluğu
İnsanın empatiya qurma qabiliyyəti sağlam münasibətin təməl daşlarından biridir. Bununla belə, eqoist tərəfdaş tez-tez digər insanın hisslərinə biganə qala bilər. Bu, tərəfdaşın emosional ehtiyaclarını başa düşmək və dəstəkləməkdə çətinlik yarada bilər. Partnyorunuzun stresinə və ya kədərinə məhəl qoymamaq eqoist davranışın ən bariz nümunələrindən biridir.
Öz ehtiyaclarını önə çəkmək
Yaxşı münasibətdə hər iki tərəfin ehtiyacları və istəkləri nəzərə alınır. Lakin eqoist tərəfdaş münasibətləri yalnız öz maraqları ətrafında formalaşdırır. Başqa sözlə, o, həmişə öz vaxtını, hobbilərini və emosional ehtiyaclarını birinci yerə qoyur.
Ünsiyyətdə birtərəflilik
Eqoist tərəfdaş ünsiyyəti əsasən birtərəfli aparır. Diqqətini öz düşüncələrini və hisslərini ifadə etməyə cəmləyərkən, o, tərəfdaşının dediklərini dinləmək və ya anlamaq istəmir. Ünsiyyət alimləri vurğulayırlar ki, effektiv ünsiyyət qarşılıqlı dinləmə və anlamaya əsaslanır. Əgər insan daima öz fikirlərini təlqin edirsə və tərəfdaşının fikirlərinə hörmət etmirsə, bu, münasibətlərin sağlam şəkildə inkişaf etməsinə mane ola bilər.
Davamlı ittiham
Eqoist bir tərəfdaş daima baş verən problemlərdə günahlandıracaq birini axtarır. O, tez-tez başqasında səhv tapır və öz səhvlərini etiraf etməkdən çəkinir. Bu, münasibətlərin gələcəyini təhdid edən davranış növüdür. Psixoloqlar sağlam münasibətin əsası kimi ortaq problemlərin birlikdə həll edilməsini və hər iki tərəfin məsuliyyət daşımasını tövsiyə edirlər. Bununla belə, eqoist tərəfdaş bu yanaşma yerinə daima başqalarını günahlandıraraq problemləri daha da şiddətləndirə bilər.
Qeyri-fədakarlıq
Münasibətlərdə qarşılıqlı fədakarlıq və sədaqət vacibdir. Əgər tərəfdaşınızda çox zaman yalnız öz maraqlarını düşünməyi və sizin emosional ehtiyaclarınıza laqeyd yanaşdığını sezirsinizsə, demək o, eqoistdir. Bu cür yanaşma münasibətlərin birtərəfliyinə və zamanla tərəflərin bir-birindən uzaqlaşmasına, ayrılmasına səbəb olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm