Papaya ikitərəfli pnevmoniya diaqnozu qoyulub

Roma Papası Fransiskə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

"Report"un xəbərinə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatında qeyd olunub.

"Bu gün (dünən-red) günortadan sonra aparılan döş qəfəsinin KT müayinəsi əlavə tibbi müalicə tələb edən ikitərəfli pnevmoniyanın başlandığını göstərdi", - məlumatda bildirilib.

Qeyd olunur ki, 88 yaşlı Papanın ümumi vəziyyəti sabitdir. Amma ümumi klinik mənzərə mürəkkəb olaraq qalır.