
İran son anda ABŞ ilə masaya əyləşə bilər -Maraqlı PROQNOZ
09:29 17.03.2025
Dünya
465
Əks təqdirdə bölgədə olduqca ciddi gərginliklər baş verəcək
ABŞ Prezidentinin əsas hədəfi Tehranla danışıqlarda İranı masaya əyləşdirib müəyyən qədər təzyiq vasitəsilə də olsa, bu dövlətin nüvə silahı əldə etməsinə imkan verməməkdir
Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir.
Bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.
“Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinin qəbuledilməz olduğunu bildirib. Respublikanın nüvə silahı əldə etməsinə mane olacaq bütün variantlar masa üzərindədir. Tehran nəticələrlə üzləşə bilər. Amma heç bir halda barmaqları nüvə düyməsinə çatan ayətullahlarla barışa bilmərik. Nüvə silahının yayılması baxımından Yaxın Şərqdə silahlanma yarışına gətirib çıxaran vəziyyətə düşə bilmərik. Prezident Tramp isə bu və ya digər şəkildə qərarlıdır”, - o bildirib.
Politoloq Oqtay Qasımov "Sherg.az"a deyib ki, Donald Tramp özünün sələfləri Barak Obama və Baydendən fərqli olaraq İrana qarşı sərt siyasətin tərəfdarıdır:

"ABŞ Trampın hələ birinci Prezidentlik dönəmində Obama zamanında İranla imzalanmış nüvə anlaşmasından çıxdı və bu dövlətə qarşı sanksiyaları daha da sərtləşdirdi. Hazırda Ağ Evin sahibinin xarici siyasətində bir neçə prioritet məsələ var. Onlardan birincisi Rusiya-Ukrayna savaşının dayandırılması, ikincisi, Yaxın və Orta Şərqdə sabitliyin əldə edilməsi, üçüncüsü, İranla bağlı olan mövzudur. Məhz İran məsələsi Donald Tramp üçün vacib sayılır. Çünki bu, İsrailin təhlükəsizliyi baxımından çox önəmlidir. ABŞ Prezidentinin əsas hədəfi Tehranla danışıqlarda İranı masaya əyləşdirib müəyyən qədər təzyiq vasitəsilə də olsa, bu dövlətin nüvə silahı əldə etməsinə imkan verməməkdir. Həmçinin Tramp İranın Yaxın və Orta Şərqdəki proksi qüvvələrinə dəstəyin dayandırılması, bölgədəki rolunun məhdudlaşdırılmasını istəyir. İran tərəfindən verilən açıqlamalar isə onu bəyan edir ki, Tehran ABŞ-a qarşı müqavimət göstərəcək".
Politoloq vurğulayıb ki, İran danışıqlara gəlməsə, Tramp başqa variantlara əl atacaq:
"Buna ölkəni müəyyən qədər təzyiq altında saxlamaq, mümkün ehtimal olunan hərbi əməliyyatlar keçirmək daxildir. Nəzərə alaq ki, bu, kifayət qədər riskli olsa da, real məsələdir. Belə ki, keçən ay İsrail Baş naziri ABŞ-a səfərində tərəflər arasında razılaşmaya görə, indiyə qədər heç vaxt İsrailə verilməyən raket sistemləri artıq tədarük edilməyə başlayıb. Təxminən 10 ton ağırlığında olan raketlər yeraltı obyektlərin, tunellərin dağıdılması üçün nəzərdə tutulur. Bu onu deməyə əsas verir ki, Tramp gələcəkdə İranın nüvə silahı əldə etmək istəyinin qarşısını almaqda qərarlıdır. Digər tərəfdən İran son anda ABŞ ilə masaya əyləşə bilər. Əks təqdirdə bölgədə olduqca ciddi gərginliklər baş verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq
Qadın ürəyini anlamaq üçün kişi ürəyi kifayət etmir
14:12 25.08.2026
Sağlamlıq
Evdə ağcaqanadlardan xilas olmağın sadə yolu
14:03 25.08.2026
Sağlamlıq
Parlament sədri: Köçəryan və digərlərindən bir-bir qisas alacağıq
13:56 25.08.2026
Gündəm