
Ermənistan sərhədləri açmağa hazırdır? -RƏY
23:03 10.06.2025
Siyasət
482
İrəvan sülhü imzalamaq üçün zəruri tələbləri icra etməlidir
Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır. Ermənistanın DGK sədri Eduard Akopyan bildirib ki, onların vəzifəsi istənilən ssenaridə gömrük nəzarətini təşkil etməkdir: "Əgər biz blokadanın aradan qaldırılması və sərhədlərin açılmasından danışırıqsa, sadəcə buna hazır olmaq lazımdır. Biz hazırıq. Müvafiq avadanlıq və mexanizmlərlə təchiz edilmiş "Marqara" məntəqəmiz var ki, bu da istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verir".
Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli "Sherg.az"a deyib ki, "Marqara" məntəqəsinin hazır olması barədə xeyli müddətdir müzakirələr gedir. Ancaq professor hesab edir ki, Ermənstanın həqiqətən bu əlaqələrə hazır olub-olmadığını aydınlaşdırmaq lazımdır:

"Erməni rəsmilər blokadadan danışırlar, ancaq 30 ildə bir dəfə də olsun Naxçıvanın blokadada olmasından danışmayıblar. Açıqlamaların hamısı ona yönəlib ki, guya Ermənistan hər şeyə hazırdır, İrəvan tərəfdən heç bir problem yoxdur və s. Əgər heç bir problem yoxdursa, o zaman Ermənistan beynəlxalq hüquq normalarına əsaslanan öhdəlikləri yerinə yetirsin. İndiyədək törətdikləri vəhşilikləri, yaratdıqları problemləri etiraf etsin. Nikol Paşinyan ötən həftə təmtəraqlı açıqlamalar verdi, sülhdən danışdı, hətta Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi. Amma bunların hamısı əməli fəaliyyəti keçməyən söhbətlər olaraq qalır. Ermənistan tərəfi faktiki heç bir real addım atmır. İrəvan hökuməti indiyədək itkin düşən vətəndaşlarımızla bağlı hansısa məlumat veribmi? Bir dəfə olsun minalanmış ərazilərin normal xəritəsini təqdim edibmi? Təzminat məsələsini gündəmə gətiribmi? Qətiyyən yox".
S.Məmmədli vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə tamamilə məhv edilmiş infrastruktur 50 ilə yaranmamışdı, əsrlər boyu tədricən formalaşmışdı:
"Ermənistan tərəfi bizim torpaqlarımızda törətdiyi barbarlıqla bağlı bir dəfə olsun üzrxahlıq etməyib. Ərazilərimizi ekoloji terrora məruz qoyublar və bununla bağlı peşmanlıqlarını dilə gətirməyiblər. Ermənistan rəhbərliyi Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına qayıtması ilə bağlı heç bir təşəbbüs göstərməyib. Sadəcə, ara-sıra informasiya ortaya atırlar ki, "sülhə hazırdırlar", "müqaviləni imzalamaq üçün problem yoxdur". Əslində, Azərbaycan tərəfi sülhə tam hazırdır, amma Ermənistan sülhü imzalamaq üçün zəruri tələbləri icra etməlidir. İrəvan hökumətinin təmsilçiləri sözdə sülhdən danışsalar da, reallıqda əməli addımlar atmırlar".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya