
İqtisadçı: İxrac artımı aqrar sektorun, sabit və davamlı inkişafından xəbər verir
10:51 20.06.2025
İqtisadiyyat
439
Razi Abbasbəyli: Azərbaycanın aqrar sektorunda təxminən 10-12 faizlik inkişaf müşahidə edilməkdədir
2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan 299 milyon 282 min ABŞ dolları dəyərində 291,4 min ton meyvə-tərəvəz ixrac edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 19.1% və ya 48 milyon ABŞ dolları, həcmi isə 26.2% və ya 60.5 min ton artıb. 2024-cü ilin ilk 5 ayında Azərbaycandan 251 milyon 280 min ABŞ dolları dəyərində 230.9 min ton meyvə-tərəvəz ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 113.8 milyon dollar dəyərində pomidor (98.7 min ton), 65.2 milyon dollar dəyərində meşə fındığı (9.4 min ton), 32.9 milyon dollar dəyərində xurma (45.8 min ton), 32.3 milyon dollar dəyərində alma (46.6 min ton ), 22.5 milyon dollar dəyərində kartof (56.8 min ton), 4.3 milyon dollar dəyərində nar (5 min ton) olub.
Xatırladaq ki, cari ilin yanvar-may aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.72%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.26%-ə bərabər olub.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, ixrac artımı təqdirəlayiq bir haldır:

“Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın eyni dövrlə müqayisədə 2021-ci ildə 210 milyon, 2022-ci ildə 270 milyon və 2023-cü ildə də təxminən həmin miqdar aralığında ixracat gəlirləri olub. 300 milyon dollarlıq gəlirin əldə edilməsi isə təxminən 12 faizə qədər artımın baş verməsi deməkdir. Yəni artım rəqəmləri onu göstərir ki, Azərbaycanın aqrar sektorunda təxminən 10-12 faizlik inkişaf müşahidə edilməkdədir. Təəssüf ki, bu, yetərli səviyyə deyil. Gəlirlər hələ də proqnozlaşdırıldığı səviyyəyə gəlib çatmayıb. Lakin son dörd il ərzində aqrar sektordan əldə olunan gəlirlərin artım dinamikası göstərir ki, mövcud potensial, xarici bazarlara çıxış imkanları və digər iqtisadi göstəricilər kontekstində Azərbaycanda sözügedən sahənin inkişafı və bu sahədən əldə edilən gəlirlərin artım tendensiyası perspektivdə də davam edəcək. Bu, ixrac artımı aqrar sektorun sabit və davamlı inkişafından xəbər verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət
Sabah 39 dərəcə isti olacaq
12:40 04.08.2026
Ekologiya
Naxçıvanda hiss edilən zəlzələ olub
12:36 04.08.2026
Hadisə
Ötən gün 30 cinayətin açılması təmin olunub
12:30 04.08.2026
Hadisə
Bu qəsəbədə bütün sakinlər eyni binada yaşayır
12:27 04.08.2026
Dünya
Rusiyada yanacaq bazarında yeni araşdırmalar başlayıb
12:17 04.08.2026
Dünya