Çindən gələcəyin robotu: Tək beyinlə çoxsaylı tapşırıqlar dövrü başladı!
10:27 08.08.2025
Texnologiya
437
Çində istehsal olunan yeni insanabənzər robot, tək bir “robotik beyin”lə bir neçə fərqli robot formasına uyğunlaşa biləcək.
Sherg.az xəbər verir ki, Çinli tədqiqatçılar, bir neçə funksiyanı eyni anda yerinə yetirə biləcəyini bildirdikləri “tək beyin - çoxlu forma” konseptinə malik insanabənzər robotu təqdim ediblər.
"Global Times" qəzetinin xəbərinə görə, Çinin Anhui əyalətinin Həfey şəhərində Youibot Robotics şirkəti ilə Si’an Jiaotong Universitetinin birgə layihəsi nəticəsində “Lin Şu” adlı insanabənzər robot istehsal edilib.
Tədqiqatçılar bildiriblər ki, robot tək bir “robotik beyin” vasitəsilə bir neçə fərqli robot formasına uyğunlaşa bilir və bu xüsusiyyət sayəsində müxtəlif şəraitlərə adaptasiya oluna biləcək şəkildə - “tək beyin–çoxlu forma” konseptinə uyğun hazırlanıb.
Robotun 1,66 metr hündürlüyündə və 40 kiloqram ağırlığında olduğunu qeyd edən mütəxəssislər, Lin Şunun çoxşaxəli hərəkət qabiliyyətinə malik olduğunu və mürəkkəb ərazi şəraitinə uyğunlaşa bildiyini vurğulayıblar.
Onlar əlavə ediblər ki, robot məsələn, bir e-ticarət anbarında bir əli ilə rəfdən paket götürərkən, digər əli ilə skaner tuta bilər.
Youibot Robotics şirkətinin qurucusu Can Çahui “Science and Technology Daily” qəzetinə açıqlamasında, Lin Şunun eyni anda bir neçə tapşırığı yerinə yetirməli olan sənaye robotları üçün həll yolu təqdim etdiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol