
Trampın oğlunun Türkiyəyə yarı gizli səfərinin məqsədi bəlli oldu - ŞƏRH
Yusif Nəzərli
13:09 20.09.2025
Gündəm
421
“ABŞ Prezidenti Donald Trampın oğlunun Türkiyəyə yarı gizli səfərinin və Prezident Rəcət Tayyib Ərdoğanla görüşünün mahiyyəti bəlli oldu. Ağ Ev sahibi türkiyəli həmkarını sentyabrın 25-də ABŞ-yə rəsmi səfərə dəvət edib. Görünür, Trampın oğlu Ərdoğanla bu səfərin təfərrüatlarını müzakirə edib. Donald Tramp iş adamı kimi Ağ Evə dəvət etdiyi qonaqlardan və ya səfər etdiyi ölkələrdən siyasi və iqtisadi dividentlər əldə etməyə çalışır”.

Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, Tramp digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də ikitərəfli ticarət sazişinin imzalanmasında maraqlıdır:
“Bundan başqa Tramp Türkiyənin ABŞ istehsalı olan “Boeing” təyyarələrini almasını istəyir. Ərdoğanın da Trampdan qarşılıqlı istəyi var. Ərdoğan Trampla F-16 və F-35 hərbi təyyarələrinin satışıyla bağlı razılaşma əldə etmək istəyir. ABŞ-nin keçmiş administrasiyası Türkiyəyə hərbi təyyarə satmadı. Tramp isə bir işadamı kimi Türkiyəyə hərbi təyyarələrinin satışını müzakirə etməyə hazır görünür. Çünki bu sövdələşmə ABŞ-yə əlavə gəlir saxlayacaq. Prezidentlər Vaşinqtonda regional mövzuları da müzakirə edəcəklər. Tramp Türkiyənin Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda artan rolundan narahat deyil, əksinə Zəngəzur dəhlizinin işə düşməsi iki ölkənin ortaq maraq dairəsindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat