CHP-yə İstanbul üzrə sədr seçilib - YENİLƏNİB-1
15:27 24.09.2025
Gündəm
588
Türkiyədə CHP-yə İstanbul üzrə sədr seçilib.
APA NTV-yə istinadən xəbər verir ki, bu vəzifəyə yenidən Özgür Çelik seçilib.
***
Türkiyə Mərkəzi Seçki Komissiyası CHP-nin İstanbul qurultayının keçirilməsinə razılıq verib.
APA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener qərarı elan edib.
O qeyd edib ki, qurultayın dayandırılması Konstitusiyaya ziddir.
***
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul qurultayı başlayandan bir saat sonra məhkəmənin tələbindən sonra tədbirin keçirildiyi salona polislər gəlib.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə İstanbul Valiliyinə və Dairə Seçki Komissiyasına məktub göndərərək qurultayın təxirə salınmasını tələb edib.
Bunda sonra Mərkəzi Seçki Komissiyası növbədənkənar iclas keçirməyə qərar verib.
Qeyd edək ki, CHP-nin İstanbul rəhbərliyi ilə bağlı müzakirələr 2023-cü il qurultayında başlayıb. Özgür Çelik CHP-nin 8 oktyabr 2023-cü ildə keçirilən İstanbul qurultayında sədr seçilib. Lakin qurultaydan sonra “səslərin saxtalaşdırılması” ittihamları meydana çıxıb. Məhkəmə ehtiyat tədbiri olaraq konqresdə seçilmiş sədr və idarə heyəti üzvlərinin vəzifədən uzaqlaşdırılması və müvəqqəti idarə heyətinin təyin edilməsi barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Gürsel Tekin sədr vəzifəsinə təyin edilib. CHP rəhbərliyinin bu qərara sərt reaksiyası Sarıyerdəki qərargahı ətrafında polislə partiya üzvləri arasında gərginliyə səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm