
AB-də bazarlıq: Orban vetonu götürməyə 30 milyard istədi
13:19 18.12.2023
Siyasət
343
Macarıstan Baş naziri Viktor Orban Avropanın birliyini pozan və Rusiyanın maraqlarını qoruyan “Troya atı”dır.
Bunu Çexiyanın Avropa işləri naziri Martin Dvorjak deyib.
“Bu gün Orban intensiv və təəssüf ki, getdikcə daha effektiv şəkildə bu birliyi məhv edən və Ukraynaya məhəl qoymamalı olduğumuzu göstərməyə çalışan “Troya atı”dır”, - Dvorjak bildirib.
Onun sözlərinə görə, Orban veto hüququndan sui-istifadə etməklə Avropanı şantaj edir:
“Məncə, bunun əsl adı şantajdır. Düşünürəm ki, bu, Macarıstanın deyil, Rusiyanın maraqlarını qorumaq üçün vetodan sui-istifadədir”.
Mövzu ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən politoloq Elçin Xalidbəyli bildirib ki, Macarıstanın baş naziri Orban haqqında "Troya atı" olması ilə bağlı fikirlər yalnışdır:
“Əksinə Orban Avropa Birliyi daxilində praqmatik düşünməyi bacaran və gələcəyi praqnozlaşdırmağı yaxşı bacaran siyasi xadimdir. O, yaxşı bilir ki, hazırda ABŞ hərbi dəstək baxımından Ukraynanın arxasından çəkilib. ABŞ-nin kəşfiyyat tərəfindən Avropa Birliyinin daxil edilən təbəqəsi Ukrayna-Rusiya müharibəsinin bütün xərclərini birliyin üzərinə yükləmək prosesinə start verib. Buda birbaşa olaraq Ağ Evdən gələn tapşırıqar doğrultusunda həyata keçirilir. Orban baş verənləri yaxşı analiz etdiyi üçün Ukraynanın xərclərinin ABŞ-nin dəstəyi olmadan ciddi problem yaradacağını bilir. Bu səbəbdən də onlar Ukraynanın AB-yə üzv olmasına qarşıdırlar”.

Politoloq Macarıstanın hazırda ciddi maliyyə problemləri olduğunu söyləyib:
“Onlar da maliyyə resurslarını AB-dən gözləyir, lakin lazımi dərəcədə kömək görmür. Hətta Macarıstan veto hüququnu qaldırmaq üçün AB-dən 30 milyard avro məbləğində maliyyə dəstəyi istəyib, birlik isə 10 milyard təklif edib. Hazırda belə bir bazarlıq aparılır. Yəni Macarıstanın istəyi Rusiyanı dəstəkləmək deyil. Orban ölkəsinin mənafeyinə uyğun şəkildə davranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm