ABŞ Ermənistanın işğalçılıq siyasətini araşdırsın! - ŞƏRH
Yusif Sultanoğlu
15:41 18.09.2023
Siyasət
720
“ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkelin Bakıdakı "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfransda söylədiyi fikirlər ümumi təəssüf hisslərindən kənara çıxmır”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
O bildirib ki, 25 ildir Azərbaycana səfər etdiyini vurğulayan D. Merkelin öz səlahiyyətləri çərçivəsində Ermənistanın işğalçılıq siyasəti barədə hansı işlər gördüyü araşdırılmalıdır:
“Bundan əlavə o, keçmiş münaqişənin sülh yolu ilə həll olunmamasını Minsk qrupunun və beynəlxalq ictimaiyyətin uğursuzluğu adlandırıb. D.Merkel yəqin ki, öz ölkəsinin də ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olmasını unutmayıb. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavininə xatırlatmaq lazımdır ki, ABŞ vaxtında öz səlahiyyətləri daxilində, üzərinə düşən vəzifələri yerinə yetirsəydi ümumiyyətlə, Ermənistan Azərbaycanın torpaqlarını işğal edə bilməzdi. Ən azından işğalçı dövlətlə əlaqələri kəsə və ona sanksiyalar tətbiq edə bilərdi. Amma biz bunların heç birini 30 illik işğal dövrünə müşahidə etməmişik. Həmçinin 2001-ci ilin sentyabrın 11-də ABŞ-dakı terror aktından sonra Vaşinqtonun yaratdığı anti-terror koalisiyasına qoşulan ilk ölkə Azərbaycan oldu. Əvəzində, Minsk qrpupunun həmsədri olan ABŞ keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmadı. Hətta Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə işğalçı olması təsdiq olunandan sonra belə ona qarşı heç bir ciddi fəaliyyət həyata keçirmədi”.
Qeyd edək ki, "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini Devid Merkel deyib ki, Azərbaycana 25 ildən çoxdur səfər edir. Xocalı soyqırımı haqqında da kifayət qədər məlumatım var. Bu, təkcə Azərbaycan tarixinin bir hissəsi deyil, həmçinin, Xocalı qurbanlarının şəxsi hekayəsinin bir hissəsidir. Bu faciəyə etinasız yanaşmaq mümkün deyil. Faciədə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq onların ailə üzvlərinin və yaxınların haqqıdır:
"Mən Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə görüşmüşəm, həmçinin, biz cari ilin mayın sonunda Qarabağda, Şuşa şəhərində görüşmüşük. Onun İkinci Qarabağ müharibəsi haqqında və indiki vəziyyətlə bağlı fikirlərini eşitmək çox əhəmiyyətli idi. Münaqişənin sülh yolu ilə həll olunmaması keçmiş Minsk qrupunun və beynəlxalq ictimaiyyətin uğursuzluğudur", - deyə D.Merkel əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə