Aleksandr Proxanov: "Zal İlham Əliyevi alqışladı"
11:32 05.10.2019
Siyasət
951
Soçidəki “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı rus yazıçısı, Rusiya Federasiyasının siyasi və ictimai xadimi, İzborsk Klubunun sədri və təsisçilərindən biri, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov da iştirak edib.
Media.Az-a verdiyi müsahibədə Alexander Proxanov təəssüratlarını bölüşüb:
“Prezident İlham Əliyevin nitqinin əsas ideyası Dağlıq Qarabağ münaqişəsini əhatə etdi. Azərbaycan Prezidenti yaranmış münaqişənin tarixi, müzakirələrin düyün nöqtəsi, davam edən hərbi əməliyyatlardan danışıb: prezidentin çıxışından bir müddət əvvəl erməni snayperinin azərbaycanlı mülki şəxsi öldürdüyü barədə xəbər gəldi. “Qarabağ Ermənistandır və nöqtə” deyən Yerevan formuluna cavab olaraq Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” deyə əks və kəskin mövqe bildirdi”.
“Ümumiyyətlə, söhbət Asiyadakı münaqişə və bu münaqişələrin hərbi hal aldığı ərazilərdən getdi. İlham Əliyev münaqişənin həlli məsələsində Rusiya Prezidenti Vladimir Putinin konstruktiv yanaşmasını təklif edib”, - deyə A.Proxanov bildirib.
Onun sözlərinə görə, İlham Əliyevin çıxışı zamanı salonda radikal Ermənistan nümayəndələri yox idi:
“Tamaşaçılar alqışladılar”.
Aleksandr Proxanov Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Nikol Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsini mühakimə etməsinə də münasibət bildirib:
“Prezidentimiz bu yaxınlarda Soçidə Ermənistan lideri və Azərbaycan prezidenti ilə görüşüb. Rusiyanın artan qeyri-sabitliyi tarazlaşdırmaq niyyəti var. Lavrovun sözlərinə gəlincə, hər şey çox açıqdır. Rusiya Xarici İşlər naziri, sözsüz ki, bu çıxışı qınamalı idi (Paşinyanın bəyanatını - red.)”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb
19:03 03.08.2026
Dünya
Almaniyada yeni virus yayıldı
18:56 03.08.2026
Sağlamlıq
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya