
Analitik: Ermənistan hələ də tərəddüd içindədir
Analitik: Ermənistan hələ də tərəddüd içindədir
08:46 15.08.2024
Siyasət
419
Kommunikasiya məsələlərinin sülh sazişindən çıxarılması heç də o demək deyil ki, müqavilə yaxın gələcəkdə imzalana bilər
"Bakı üçün hazırda vacib olan odur ki, Qarabağ məsələsi tamamilə bağlansın". Bu iddia ilə erməni konfliktoloq Artur Martirosyan çıxış edib. O bildirib ki, proses şəffaf deyil deyə digər razılaşmalar barəsində danışa bilmir: "Məsələn, Azərbaycan deyir ki, Zəngəzur dəhlizi məsələsinə sülh müqaviləsində baxılmayacaq və biz bilmirik ki, o, bunun qarşılığında nə alıb. Burada yalnız təxminlər irəli sürə bilərik. Azərbaycanın bu addıma nəsə almadan getməsi inandırıcı deyil. Zəngəzurun qarşılığında Bakı Qarabağ məsələsinin birdəfəlik bağlanması vədini ala bilər. Bu o deməkdir ki, ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılmayacaq”.
Qeyd edək ki, İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib. Tərəflər bununla bağlı razılığa gəliblər.
Siyasi şərhçi İlqar Vəlizadə "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizi, o cümlədən kommunikasiya ilə bağlı digər məsələlərin sülh sazişindən çıxarılması və kənarda ayrıca müzakirə olunması qərarı çoxdan verilib. Ekspert bildirib ki, sadəcə olaraq tərəflərin razılaşması ilə bağlı xəbərlər ictimaiyyətə indi açıqlanır:

"Sülh sazişində, yəni çərçivə sənədində ən mühüm prinsiplərin əks olunması, digər məqamların sonraya saxlanılması məsələsi yeni deyil. Daha öncədən bununla bağlı tərəflərin razılığa gəldiyi bəlli idi. Ancaq göründüyü kimi dəhliz və kommunikasiya kimi məsələlərin sonraya saxlanması belə sülh sazişini sürətləndirmədi. Prosesə təkan verən razılaşma olmadı. Çünki sülh müqaviləsinin imzalanması ilə bağlı rəsmi Bakının konkret tələbləri ortadadır. Prezidentimiz bunları dəfələrlə səsləndirib. Birinci tələb Ermənistanın mövcud konstitusiyasında dəyişikliyin edilməsi, ikincisi isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ortaq qərarın verilməsidir. Hər iki məsələdə Ermənistan tərəfi tərəddüd içindədir və konkret addım atmır. İrəvan bu şərtlərə əməl etməyə tələsmir. Ona görə də sülh sazişi ilə bağlı müzakirələr ləngiyir və irəliləyiş olmur. Kommunikasiya məsələlərinin sülh sazişindən çıxarılması heç də o demək deyil ki, müqavilə yaxın gələcəkdə imzalana bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya