
Analitik: Zəngəzur dəhlizinin açılması qaçınılmazdır
12:04 19.12.2023
Siyasət
363
"2020-ci ildə İkinci Qarabağ müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdıqda sonra regionun arxitekturası yenidən formalaşmağa başladı. Müharibədən sonra imzalanan üçtərəfli bəyanatda Ermənistanın 30 ilə yaxındır ki, işğal altında saxladığı ərazilərdən çıxması nəzərdə tutulurdu və burada həyata keçiriləcək etimad mühiti sayəsində yeni nəqliyyat dəhlizlərinin yaradılacağı bildirilirdi".
Bu sözləri regional nəqliyyat və komnukasiya əlaqələri barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov söyləyib.
O bildirib ki, Azərbaycanla Naxçıvan arasında açılacaq yeni nəqliyyat əlaqəsi də üçtərəfli Bəyanatın ən mühüm müddəalarından biridir:
"Ermənistan əvvəlcə üçtərəfli Bəyanatın 9-cu bəndi olan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi məsələsini dəstəkləsə də, hazırda geri addım atır və prosesləri ləngidir. Ermənistan həmişə bu cür layihələrin bir hissəsi olmaq şansına malik olub, lakin əməkdaşlığa deyil, qarşıdurmaya daha çox diqqət yetirərək bütün fürsətləri əldən verib. Xatırlamaq yerinə düşər ki, 2022-ci il dekabrın 31-də Prezident İlham Əliyev çıxışı zamanı dedi: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də". Bu, o anlama gəlir ki, artıq Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Dəhliz bütün region ölkələri, eyni zamanda, Ermənistan üçün də faydalı ola bilər".

E.Səftərov Zəngəzur dəhlizində bir çox aktorların fərqli maraqları olduğunu deyib:
"Bu səbəbdən toqquşan maraqlar regionda gərginliyi artıran səbəblərdəndir. Xatırlamaq yerinə düşər ki, 2022-ci il mayın 10-da jurnalistlərə açıqlama verən xarici işlər nazirinin müavini Xələf Xələfov demişdi: "Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır. Bu ərazilər Azərbaycan ərazisidir”. Lakin proseslərdə son zamanlar durğunluq yaransa da, Zəngəzur dəhlizi, eksklavlar, itkin düşmüş azərbaycanlıların taleyi ölkəmiz üçün həll olunması prioritet olan məsələlərdəndir.
Təbii ki, delimitasiya və demarkasiya məsələləri Ermənistanın bu məsələyə fərqli yanaşma sərgiləməsi nəticəsində mürəkkəbləşir. Belə ki, İrəvan 1975-1978-ci il xəritələrinə müraciət edərək Sovet İttifaqı dövründə Ermənistanın ərazisinin təxminən 29 min kvadrat kilometr olduğunu qeyd edir və danışıqların bu istiqamətdə aparılmasının vacibliyinə toxunur. Azərbaycan isə obyektiv olaraq bütün xəritələri müzakirə masasında tutuşdurmağı təklif edir. Ölkəmiz qeyd edir ki, delimitasiya həm XX əsrin, həm də əvvəlki dövrün xəritələrini əsasında aparılmalıdır. Çünki 1920-ci ildə Sovet işğalından sonra beynəlxalq hüquq normaları kobudcasına pozularaq bizim ərazilər Ermənistana verildi. Amma Ermənistan tarixi həqiqətlərlə üzləşməkdən qorxur, anlayır ki, hazırda onun ərazilərinin böyük hissəsi Azərbaycanın tarixi torpaqlarıdır. İndi isə sülh üçün əlverişli şərait yaransa da, Ermənistanın yanaşması nəticəsində hələ ki formal xarakter daşıyır. Həll olunmamış problemlər əksər vaxtlarda hərbi yollarla öz həllini tapır. Buna görə də Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, Azərbaycanın şərtlərinə razı olmasa, əvvəlki kimi məcbur ediləcək və zərər görəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm