Ankara görüşü mövcud situasiyanın xarakterini dəyişə bilər
Yusif Nəzərli
20:20 09.03.2022
Siyasət
705
Aqşin Kərimov: "Lavrov-Kuleba görüşünün müharibəni dayandıracağı barədə ehtimal irəli sürmək çətindir"
Martın 10-da Türkiyənin vasitəçiliyi ilə Antalyada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kuleba arasında görüş gözlənilir.
Əgər tərəflər görüşdən imtina üçün hər hansı səbəb gətirməzsə, XİN rəhbərlərinin danışığı müharibənin gedişatında fərqli məzmun qazanılması üçün stimul ola bilər.
Çünki müharibə başlayandan sonra xarici işlər nazirləri səviyyəsində bir dəfə də olsun görüş olmayıb. Bu zamana qədər Rusiya-Ukrayna nümayəndə heyətləri arasında keçirilən üç raund danışıq daha çox müharibənin gedişatında humanitar razılaşmaların əldə edilməsinə hesablanmışdı. Ekspertlərin fikrincə, Lavrov-Kuleba görüşü həmin razılaşmalardan da üstün tezislərə dair şərtlərin formalaşması deməkdir.
Siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, Moskva və Kiyev müharibənin nəticələrinə dair köklü dəyişikliyə hazır olduğunu bəyan edirlər və Türkiyənin vasitəçiliyinə inam bəsləyirlər. Analitik vurğulayıb ki, diqqəti yönəltməli olduğumuz digər məqam müharibənin gedişatında Rusiya-Ukrayna danışıqlarının ilk dəfə NATO üzvü olan bir ölkədə - Türkiyədə keçiriləcəyidir:
“Türkiyə NATO-nun kollektiv maraqlarından irəli gələn prinsiplərə əsaslanaraq Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə tənzimlənməsində hərbi alyansın lokomotivinə çevrilir.
Ancaq Türkiyə özünün dövlət avtoritetini də hərbi blokun birgə maraqlarından üstün tutur. Çünki Ukraynada partlayan hər bomba, hər keçən günün yaratdığı dramatik mənzərə Türkiyə üçün də təhlükələr yaradır. Əsasən, Qara dəniz hövzəsində Rusiyanın hegemonluq meyilləri Türkiyəni narahat edir. Bu baxımdan Türkiyə üçün hələlik birbaşa risk yaranmasa da, Ankara bu risklərə qarşı müdafiə sistemini gücləndirmək əzmini nümayiş etdirir. Bu mənada Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun vasitəçiliyi Lavrovla Kulebanın eyni masa arxasına əyləşməsi həm də Ankaranın tərəflərə öz narahatlıqlarını üz-üzə formatda çatdırması deməkdir”.
A.Kərimov düşünür ki, Lavrov Ankaradan Türkiyənin müharibəyə dair yanaşmasını bir daha dinləmək niyyətindədir:
“Gedişatın doğura biləcəyi nəticələr Ankaranın da fərqli siyasi kursa müraciət etməsini şərtləndirə bilər. Rusiya müharibənin nəticəsindən asılı olmayaraq, Ankara kimi strateji tərəfdaşını itirməyi arzulamır, Ukrayna isə Türkiyədən daha çox yardım istəyir. Lavrovla Kulebanın Antalyada görüşə razılıq verməsi Ukraynada döyüşlərin şiddətlənməsinin müşayiətində baş tutdu. Rusiya isə zaman irəlilədikcə strateji niyyətindən dönmədiyini bildirir və Kiyevin mühasirəsini daraldır. Bu baxımdan Lavrov-Kuleba görüşünün müharibəni dayandıracağı barədə ehtimal irəli sürmək çətindir, XİN başçıları bağlı qapılar arxasındakı müzakirələrinin nəticələri barədə öz dövlət başçılarına məruzə etdikdən sonra verilən qərar mövcud situasiyanın xarakterini dəyişəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm