Araşdırma aparılacaq! - “Ermənistanın vəziyyəti gərginləşdirəcəyinə dair narahatlıqlar var”
Yusif Nəzərli
14:52 31.03.2022
Siyasət
2211
Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Prezident İlham Əliyev Polşa XİN başçısına 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda vəhşikliklər törətdiklərini, tarixi,dini,mədəni abidələri və digər tikilələri dağıtdıqlarını bildirib. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə hazırda ölkəmizin üzləşdiyi ən böyük problemin ermənilər tərəfindən basdırılan minalar olduğunu deyib. Z.Rau isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirərək, qeyd edib ki, nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Millət vəkili Asim Mollazadə bu barədə “Sherg.az”a danışarkən bildirib ki, səfər təkcə ATƏT-in sədriliyi ilə deyil, eyni zamanda, Azərbaycan Polşa münasibətləri ,rəsmi Bakının Ukraynaya humanitar yardım etməsi ilə bağlıdır:
“Həmçinin ATƏT-in sədri bölgədə stabilliyi pozmaq istəyən qüvvələrin fəaliyyəti barəsində məlumatlandırılıb. Bununla bağlı Polşa Xarici İşlər Nazirliyi çox ciddi araşdırmalar aparacaq. Hazırda Ermənistanın bölgədə vəziyyəti daha da gərginləşdirəcəyinə dair narahatlıqlar var”.
A.Mollazədə Azərbaycan-Polşa münasibətlərinə diqqət çəkib:
“İndi bu münasibətlər müsbət istiqamətdə inkişaf edir və siyasi, iqtisadi sahədə əməkdaşlığa açıqdır. İndi Polşa şirkətləri Qarabağa böyük qayıdış layihəsində iştirak etmək, öz mütəxəssislərini bu bölgədə minaların təmizlənməsi prosesinə cəlb etmək istəyir. Düşünürəm ki, Polşa XİN başçısının ölkəmizə səfəri bu məsələyə də müsbət təsir göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət