ATƏT-in Forumu çərçivəsində COP29-a həsr olunmuş tədbir təşkil olunub
17:06 13.09.2024
Siyasət
365
Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyin təşkilatçılığı ilə Praqada ATƏT-in 31-ci İqtisadi və Ətraf Mühit Forumu çərçivəsində “COP29: ambisiyanın genişləndirilməsi və fəaliyyətin təşviq edilməsi vasitəsilə iqlim dəyişikliyi çağırışları ilə mübarizədə həmrəylik və birliyin təşviq edilməsi” adlı yan tədbir təşkil olunub.
XİN-dən verilən xəbərə görə, ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri, Avstriyanın ATƏT yanında Daimi Nümayəndəsi Florian Rauniqın moderatorluğu ilə keçirilmiş bu tədbirdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev iştirak və çıxış edib.
Nazir müavini Yalçın Rəfiyev iqlim dəyişikliyinin qlobal mənfi təsirləri barədə söz açaraq cari ilin noyabr ayında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransına (COP29) ev sahibliyi edəcəyini qeyd edib, COP29-a hazırlıq çərçivəsində aparılan danışıqlar prosesinin hazırkı statusu, Azərbaycan tərəfindən irəli sürülmüş 14 təşəbbüs və onların təşviqi istiqamətində aparılan işlər, Azərbaycanın enerji keçidi və iqlim siyasəti barədə məlumat verib.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə xüsusunda inklüzivlik və əməkdaşlığı təşviq etdiyini qeyd edərək, COP29 Sədrliyinin bir çox tərəfdaşlarla sıx təmasda olduğunu bildirib.
ATƏT nümayəndəsi B. Djusupov iqlim dəyişikliyi mövzusunun ATƏT-in diqqət mərkəzində olduğuna və bu istiqamətdə bir sıra öhdəliklərin mövcud olduğuna istinad edərək Təşkilat tərəfindən bu istiqamətdə aparılan fəaliyyət barədə məlumat verib, ATƏT-in COP29-da iştirak planlarından danışıb.
Tədbir çərçivəsində ATƏT-in iştirakçı dövlətlərinin fikirləri dinlənilib, sualları cavablandırılıb. İştirakçılar tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, etimadın qurulması və qlobal səylərin artırılmasına Azərbaycan Sədrliyinin verdiyi töhfənin əhəmiyyəti vurğulanmış, bu fəaliyyətdə ölkəmizə uğurlar arzulanmışdır.
Qeyd olunmalıdır ki, İqtisadi və Ətraf Mühit Forumu ATƏT-in iqtisadi ölçüsünün illik əsasda keçirilən ən böyük tədbiridir.
Forum təşkilatın iqtisadi və ətraf mühit istiqamətləri üzrə iştirakçı dövlətlərin öhdəliklərinin nəzərdən keçirilməsi və bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində aparılan fəaliyyətin müzakirəsi üçün platformadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya