Avropa diplomatlarını çıxarmaqla Türkiyəyə psixoloji müharibə elan edib
08:27 05.02.2023
Siyasət
548
"Ankara, Böyük Britaniya və İsraildən məhsuldar kəşfiyyat məlumatları almaqla təhdidləri önləyə bilər"
"İsveçdə Quranın Türkiyə səfirliyi önündə yandırılması Ankaranın islam dünyasında güclənən mənəvi və strateji təsirlərinə reaksiya idi".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, bəlli məsələdir ki, irqi, dini, milli ayrı-seçkilik salmaqla ifadə, söz və fikir azadlığı arasında fərq var:
"Bu fərq Quranın yandırılması fonunda Qərb tərəfindən üzə çıxarılmır. Əksinə, aparılan propaqanda ilə müsəlmanların müqəddəs saydıqları kitaba təhqirə az qala haqq qazandırılır. Bu azmış kimi, Qərb ölkələri Quranın yandırılması hadisəsinin terror aktları ilə nəticələnəcəyini arqumentləşdirirlər. Bu qənaətin arxasında, təbii ki, müəyyən kəşfiyyat məlumatlarına söykənən fikirlər də dayanır. Həm də qabaqdangəlmişlik edilir və Türkiyəyə qarşı təzyiq dalğasını yeni fazaya keçirmək üçün sui-istifadəyə yol verilir. ABŞ, Britaniya, İsveç, İsveçrə, Almaniya, Belçika, Fransa, İtaliya, Niderlandın Türkiyədəki diplomatik nümayəndəliklərini (konsulluqlar) bağlamaları buna bariz nümunədir. Hərçənd ki, bu addım Quranın yandırılmasına cavab olaraq Türkiyədə terror aktlarının törədilə biləcəyi ilə əlaqələndirilir. Ancaq məqsədlərin alt qatındakı niyyətlər Türkiyədə yaxınlaşan prezident seçkisi öncəsi iqtidarın elektoratını zəiflətməyə və ölkənin beynəlxalq nüfuzunun zədələnməsinə yönəlib. Qərbin həmrəyik nümayiş etdirməsi (Böyük Britaniya bir qədər fərqli mövzudur) təhlükəsizlik qayğılarının motivlərinə deyil, Türkiyəyə qarşı kampaniyanın qayəsinə söykənir. Buna görə də diplomatik nümayəndəliklərin bağlanması azı üç hədəfə atılan oxlardır. Birincisi, Türkiyəni “bu ölkədə terror olacaq” fikirlərini gücləndirən tərəflərin qarşısında aciz duruma salmaq məqsədinə xidmət edir. İkincisi, bu, Türkiyənin turizmdən qazandığı nəhəng iqtisadi potensialını zərbə altında qoymaq siyasətinin təzahürləridir.
Üçüncüsü, Türkiyə iqtidarının seçkiqabağı öz xeyrinə yığa biləcəyi səslərin sayını azaltmaq kampaniyasının icrasıdır".
A.Kərimova görə, bu üç hədəf “Türkiyədə terror var, turistlər səfərlərini təxirə salsınlar və Ankaranın turizmdən qazandığı gəlirlər minimallaşsın” yekununa hazırlıq məşqidir:
"İki amil bu tezisi güclü və həqiqətə yaxın versiya kimi qiymətləndirmək üçün meyara çevrilir. Qərb ölkələri Türkiyənin kəşfiyyat orqanları ilə müzakirə aparmadan tələsik diplomatları ölkədən təxliyə ediblər. Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə turizm gəlirlərinin artdığı bir vaxtda diplomatların çıxarılmasını psixoloji müharibə kimi xarakterizə edib. Türkiyəyə qarşı kampaniyanın inandırıcı olmasını göstərmək üçün ölkə daxilində müəyyən təxribatlar hazırlana bilər. Türkiyədəki təhlükəsizlik mühiti, onsuz da, kövrəkləşir, Qərblə anlaşılmazlıqlar, İsraillə İranın müharibə ritorikaları Ankara üçün sınaqlar təqdim edir. İndi əsas suallar bunlardır, hansı qüvvələr bir-birilə əməkdaşlıq edəcəklər? Dostların öz rəqibləri və ya düşmənləri ilə sövdələşməyə getmələri gözlənilirmi? Türkiyə, əsasən, Böyük Britaniya və İsraillə əlaqələrinin dinamikasını dövriyyəyə salaraq bu iki ölkədən məhsuldar kəşfiyyat məlumatları almaqla təhdidləri önləyə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual