
Azərbaycan Ukrayna ilə bağlı doğru bəyanat verib - RƏY
05:25 14.09.2023
Siyasət
594
Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair Azərbaycan XİN-in sentyabrın 9-da yaydığı bəyanata Rusiya rəsmisi, XİN sözçüsü Mariya Zaxarova etiraz bildirib. O deyib ki, belə qiymətləndirmələr Moskva tərəfindən qəbul oluna bilməz: "Bu, ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin səviyyəsinə uyğun gəlmir. Ona görə də diplomatik xətlə Azərbaycan tərəfinə demarş edilib. Hesab edirik ki, Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə, tərəfdaşımızın bizdən onun ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı gözlədiyi kimi yanaşmalıdır. Düşünürəm ki, Rusiyanın yeni regionlarının tarixini bizim azərbaycanlı dostlarımız yaxşı bilir". Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlum bəyanatında vurğulanıb ki, Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir: "Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir. Meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur".
Millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiyanın baxış bucağı nə olur-olsun, Azərbaycan öz prinsipial mövqeyini davam etdirməlidir. Deputatın sözlərinə görə, Rusiya ilə münasibətlərimiz normal qonşuluğa və dostluğa əsaslanır:

"Amma Azərbaycan Ukrayna ərazisində Rusiyanın hansısa legitimliyini tanıyacaq, beynəlxalq hüquqa zidd davranış sərgiləyəcək dövlət deyil. Sabah eyni məsələ bumeranq kimi bizə tərəf çevrilər. Azərbaycan öz mövqeyində haqlıdır. Rusiya nəyə etiraz edir, başa düşmək olmur. Türkiyə də Rusiya ilə yaxındır, amma Krımı işğal olunmuş ərazi hesab edir. Beynəlxalq hüququ pozmaq olmaz. Qarabağ bizim torpağımız, daxili məsələmizdir. Əgər bölgənin işğalına qarşı münasibətdə bütün dövlətlərdən hüquqi və ədalətli mövqe tələb ediriksə, Ukraynaya münasibətimiz o cür olmalıdır. Kimin buna etiraz etməsi bizim üçün əhəmiyyət daşımır. Seçki və digər məsələlərlə bağlı atılan addımlar beynəlxalq hüquqlara uyğun olmalıdır. Ukraynanın işğal olunmuş ərazilərində keçirilən "seçkilər" Kiyevin iradəsindən kənar baş verən prosesdir. Azərbaycan Ukrayna ilə dost ölkə olduğuna görə, beynəlxalq hüququn tələbinə uyğun olaraq çox düzgün bəyanat vermişik və bunun arxasında durmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya