Azərbaycan və Şimali Kipr parlamentləri arasında əlaqələr müzakirə edilib
18:07 07.06.2024
Siyasət
410
Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə plenar iclasın yüksək səviyyədə təşkil olmasından məmnunluq ifadə edilərək bildirilib ki, TÜRKPA qanunvericilik orqanlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsi və yeni istiqamətlər üzrə zənginləşdirilməsi baxımından əhəmiyyətli platformadır.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bu təşkilata sədrlik edəcəyi qarşıdakı dövrdə parlamentlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımların atılacağını söyləyib.
Söhbət zamanı Prezident İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən, səsləndirdiyi çox mühüm fikirlərə diqqət çəkilərək, Azərbaycan dövlət başçısının rəhbərliyi ilə Türk dünyasının gücləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində gördüyü işlərin önəmi qeyd edilib.
Görüşdə 2023-cü ilin oktyabrında Bakıda “Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət və Təqdimat Günləri"nin keçirilməsi, bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.
Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.
Zorlu Töre bu ilin aprelində Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə təşəkkürünü ifadə edərək, deyib ki, Azərbaycanın bu addımı Şimali Kipr Türk Cümhuriyyətində yüksək minnətdarlıqla qarşılanıb.
Görüşdə həmçinin, dostluq qrupları və deputatlar arasında təmasların artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət