
Azərbaycan və Slovakiya əlaqələrinin tarixi SSRİ zamanına kimi dayanır -ŞƏRH
12:24 07.05.2024
Siyasət
486
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıb.
Tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov "Sherg.az"a açıqlaması zamanı bildirib ki, rəsmi Bakı və Bratislavanın əməkdaşlığı Qərb və Azərbaycan münasibətlərinin inkişafı kimi dəyərləndirilməsi doğru deyil:
"Nəzərə almaq lazımdır ki, Azərbaycan və Slovakiyanın yaxın keçmişi bir-birinə bənzərdir. Hər iki dövlət də keçmişdə SSRİ-nin tərkibində olub və hər iki dövlət müstəqilliyini 90-cı illərin əvvəllərində əldə edib. Azərbaycan Slovakiya münasibətlərinin inkişafı həm də Slovakiyanın əhalisinin bir qisminin də macar əsilli olması ilə əlaqədardır. Macarlar və azərbaycanlılar arasında türkçülüyə dayalı dostluq və qardaşlıq münasibətləri mövcuddur. Slovakiya həm Aİ həmdə NATO üzvüdür. Azərbaycan hazırda Avropanın enerji təchizatında, dolayısıyla Slovakiyanın enerji təchizatında önəmli rol oynayır. Azərbaycan Slovakiya ilə əməkdaşlığı həm Slovakiyanın enerji təhlükəsizliyi, həm də Aİ-nin Azərbaycanla bağlı qərarları üçün əhəmiyyətlidir".

Analitik əlavə edib ki, bütün bunlara baxmayaraq rəsmi Bakı və Bratislavanın əməkdaşlığının birbaşa Qərb və Azərbaycan münasibətlərinin inkişafı kimi dəyərləndirilməsi doğru deyil:
"Çünki Azərbaycan və Slovakiya əlaqələrinin tarixi SSRİ zamanına kimi dayanır və iki ölkə arasındakı əməkdaşlıqlarının Avropa-Azərbaycan münasibətlərinə birbaşa təsiri olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə