“Azərbaycanla-Macarıstan strateji tərəfdaş və dost ölkələrdir”
Fidan Həmişəyeva
12:33 10.03.2021
Siyasət
685
Bu gün Prezidenti İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edib. Görüş zamanı bir sıra məsələlər müzakirə olunub. Macarıstanlı nazir bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır. Nazir vurğulayıb ki, son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq: “Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirəcək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik”.
P.Siyarto qeyd edib ki, Macarıstan bu ilin sonunda Cənub Qaz Dəhlizinə qoşulacaq:
“Macarıstan qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək. Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir.
Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala bilərik. Hətta SOCAR-la danışıqlar da başlanıb ki, lazımi kəmərlər tikilsin”.
Məlum görüşü “Sherg.az”a şərh edən millət vəkili Asim Mollazadə bildirib ki, Azərbaycanla-Macarıstan strateji tərəfdaş və dost ölkələrdir.Onun sözlərinə görə, Macarıstanla çoxşaxəli əməkdaşlığımız var:
“Xatırlatmaq istəyirəm ki, Macarıstan Türk Şurasının da üzv olan ölkədir. Əlavə olaraq bu istiqamətdə də mədəni və ortaq köklərimiz var. Ona görə də son vaxtlar Macarıstanla əməkdaşlıq sürətlə inkişaf edir.
Həm iqtisadi, həm də siyasi nöqteyi nəzərdən əlaqələrimiz mövcuddur.
Əminəm ki, bu əlaqələrin daha da inkişafı üçün bir-birimizi bütün beynəlxalq platformalarda dəstəkləyirik.
Avropa Birliyinin üzvü olan Macarıstan Azərbaycana hər zaman AB-də və digər beynəlxalq təşkilatlarda dəstək verib.
İqtisadi baxımdan Macarıstanın da ölkəmizin enerji sistemindən bəhrələnməsinə müsbət yanaşıram. Düşünürəm ki, bu istiqamətdə bütün zəruri işlər zamanında görüləcək”.
--
Yegane Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət