Azərbaycanlı xilasedicilər Kahramanmaraşda çadır şəhərciyi qurub
Yusif Nəzərli
10:47 17.02.2023
Siyasət
447
Azərbaycanın xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkmiş insanlar üçün 760 çadır qurub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Kahramanmaraş Sütçü İmam Universitetinin ərazisində qurulan çadır şəhərciyində Azərbaycan könüllüləri tərəfindən səyyar sobalarda yeməklər bişirilir və paylanılır.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki Xaliq Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən zəlzələdən dərhal sonra 760 nəfərlik axtarış-xilasetmə qrupu Türkiyəyə gəlib və əməliyyatlara başlayıb.
Zəlzələlərin təsirlərini azaltmaq üçün bölgədə olduqlarını deyən polkovnik durum normallaşana qədər Türkiyədə qalacaqlarını söyləyib.
X.Hüseynov zəlzələ zonasında aparılan işlər barədə də danışıb:
"Hazırda Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət axtarış-xilasetmə qrupu Kahramanmaraşda işləyir. İndiyədək 760 çadır qurulub. Hazırda da çadırqurma işlərini davam etdiririk. Çadırlarda yerləşdirilən zərərçəkmişlərin yeməklərini də biz təmin edirik. Çadırlarımız altı nəfərlikdir və odun sobası ilə yanaşı elektrik enerjisi ilə də təmin olunub. Çadırları yataq və digər bütün avadanlıqlarla təmin etmişik. Türkiyə bizim qardaş ölkəmizidir. Qardaşlarımızın yarasına məlhəm olmaq üçün əlimizdən gələni edirik. Bu, təkcə Türkiyənin deyil, Azərbaycanın da çətinliyidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə