Bakı və Ankaranın iki əsas vəzifəsi var
Yusif Nəzərli
07:52 12.02.2022
Siyasət
893
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən TRT- yə müsahibə verib. Müsahibə zamanı Ermənistanla normallaşma əlaqələri barədə danışan diplomat mühüm məqamlara toxunub. O, bildirib ki, Azərbaycan Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpasını dəstəkləyir: "Onsuz da Azərbaycanla koordinasiyalı şəkildə addım atırıq. Ermənistanla münasibətdə birbaşa danışıqlar aparmağın tərəfdarıyıq. Cənubi Qafqazdakı problem Qarabağın işğaldan azad olunması ilə bitdi. Azərbaycanla “bir millət – iki dövlət” anlayışı ilə bir-birimizi qorumağa, dəstəkləməyə davam edəcəyik".
Nazirin sözlərinə görə, iki ölkə müxtəlif məqamlarda daim bir- birinə dəstək olub. "Şuşa Bəyannaməsi" də bunun təzahürüdür.
Çavuşoğlu, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvəti ilə yaxın vaxtlarda Bakıya gələcəyini deyib. İndiki həssas məqamda, şübhəsiz ki, belə intensiv təmaslara ehtiyac var. Nazirlərin görüşündə əsas müzakirə mövzusu, əlbəttə, Ermənistanla əlaqələr olacaq. Son vaxtlar müxtəlif erməni rəsmilər, o cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan müsbət mesajlar verir, sərhədlərin delimitasiya və demarkasiyasına hazır olduğunu deyirlər. İrəvanın səmimiliyinə inanmaq olar. Çünki başqa variantları yoxdur.
Paşinyan administrasiyasına mane olan Kremlin təzyiqləri, xofudur. Həmçinin nəzərə almaq lazımdır ki, bir neçə aydır ATƏT- in Minsk Qrupunun "reanimasayan çıxarılması" ilə bağlı cəhdlər olur. Doğrudur, bu, Rusiya üçün o qədər də arzuolunan deyil. Lakin artıq Moskva özü də başa düşür ki, prosesləri təkbaşına "tormuzlada" bilmir. Odur ki, Bakı və Ankaranın iki əsas vəzifəsi var: Rusiyanın proseslərə təsir imkanını minimuma endirmək və Minsk Qrupunun fəallaşmasına imkan verməmək. Belə olsa, Paşinyan administrasiyası daha qətiyyətli davranar və hətta yaxın gələcəkdə kommunikasiyaların açılması istiqamətində əməli addımlara start vərilə bilər.
Sözsüz, bu məsələdə Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü də xüsusi əhəmiyyətə malik olacaq.
Bu səfərlərdən hansının daha əvvəl olacağını demək çətindir. Amma istənilən halda müzakirələrdən birinin nəticəsi digərinin əsas predmeti olacaq.
İki qardaş dövlət yuxarıdakı dediyimiz məqsədlərə çata bilsə, yəni Minsk Qrupun "oyundankənar vəziyyətdə" saxlayıb, Moskvanın təsir imkanlarını məhdudlaşdırsa, əvvələr də dediyimiz kimi, normallaşma əlaqələri daha sürətlə davam edəcək.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi